Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Seçkidən sonrakı iğtişaşlarla bağlı mühakimə edilmiş bir qrup şəxsin əfvi və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü ərəfəsində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani ötən il baş tutmuş və 42 milyon seçicinin iştirakı faktı ilə xalqın qəhrəmanlıq salnaməsinə yazılmış seçkilərdən sonra baş verən iğtişaşlar zamanı həbs olunaraq ümumi və inqilabi məhkəmələrdə mühakimə edilmiş, hazırda isə əməlindən peşman olmuş və amnistiya ilə bağlı müvafiq orqanlara xahiş ərizəsi ilə müraciət etmiş 81 məhkumun əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə müraciət etdi. İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyəti sədrinin bu müraciətini müsbət cavablandırdı.

Ayətullah Amoli Laricaninin müraciət məktubunun tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, möhtərəm Həzrət Ayətullah Xamenei,

Sizə salamlarımı və salamatlıq diləklərimi yetirir, böyük İslam Peyğəmbərinin (s) istəkli qızı xanım Fatimeyi-Zəhranın (s.ə) yaxınlaşmaqda olan mübarək doğum günü, habelə Həzrət imam Xomeyninin (r.ə) də bu möhtəşəm bayramla üst-üstə düşən doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İslam İnqilabının qələbəsindən 30 il keçməsinə baxmayaraq İslam dövlətinin əsasları o qədər möhkəmlənmiş, bu dövlət imanlı insanların qəlbinin dərinliklərinə elə kök atmışdır ki, Uca Allahın fəziləti, Vəliyyi-fəqihin rəhbərliyi və ümmətin heç zaman əsirgənməyən dəstəyi sayəsində bütün çətinliklərə, düşmənlərin məkrli planlarına qalib gələ bilmişdir və bu gün də öz müqəddəs yoluna davam etməkdədir.  
 
Ötən il ölkəmizdə baş tutan prezident seçkilərində də dindar və inqilabçı ruhlu xalqımız daha bir tarixi qəhrəmanlığa imza atdı; belə ki, mübariz xalqımız İran İslam Respublikasında gerçək demokratiyanın və dini əsaslar üzərində qurulmuş xalq hakimiyyətinin nümunəsini nümayiş etdirdi. Bədxah düşmənlərin genişmiqyaslı təbliğatına rəğmən 42 milyon seçici misilsiz bir canlanma nümayiş etdirərək və tam azad şəraitdə səsvermədə iştirak edərək əksəriyyəti təşkil edən səs çoxluğu ilə nəzərdə tutduğu namizədi ölkə başçısı seçdi.  
 
İran xalqının bu əzəmətli görkəmi və böyük qəhrəmanlığı düşmənlərə ağır gəldiyindən onlar insanların sevincini ürəyindəcə boğmaq fikrinə düşdülər; daxildəki və xaricdəki əks-inqilabçı cərəyanları işə qoşmaq, rejimin qatı düşmənlərini himayə etməklə ölkədə iğtişaşlar və asayiş pozuntuları törətmək yoluna əl atdılar. Bir qrup korazehin və uzaqgörən olmayan insan isə müxtəlif məqsədlərlə bu fitnə alovunu daha da qızışdırdı; sabitliyi pozub qanunu ayaqlar altında tapdalayaraq xalq və iqtidar üçün bir sıra ciddi problemlər törətdi; insanların əmlakına və canına təcavüz etdi. Belə bir ağır şəraitdə hüquq-mühafizə orqanları, polis və ədliyyə qüvvələri öhdələrinə düşən vəzifəyə əməl edərək iğtişaşçılara, qanun və asayiş pozuntusuna yol verən ünsürlərə qarşı kəskin mübarizə apardılar.   

Fitnə və iğtişaşların əsl mahiyyəti aydınlaşdıqdan, düşmənlərin məkrli planları boşa çıxarıldıqdan sonra bu aldadılmış insanların bir qrupu özlərinə gəlib əməllərindən peşman olmuşlar, öz günahlarını səmimi etiraf edərək əfv olunmalarını xahiş edirlər. Konstitusiyanın 110-cu fəslinin 11-ci bəndinin icrasına müvafiq olaraq qoşmada adları qeyd olunan, ümumi və inqilabi məhkəmələrdə mühakimə edilmiş 81 nəfər məhkumun işi araşdırılmış, əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi üçün lazımi tələblərə cavab verdikləri müəyyən olunmuşdur. Ali Məqamlı Rəhbərlik tərəfindən müsbət qarşılanacağı təqdirdə həmin şəxslərin əfvi, yaxud cəzasının yüngülləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
 
Sadiq Laricani

Həzrət Ayətullah Xameneinin Məhkəmə Hakimiyyətinin sədrinə cavab məktubu:

Allahın adı ilə!
Salamlarımı və təbriklərimi çatdıraraq Sizin təklifinizlə razı olduğumu bildirirəm. Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
2 iyun, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /