Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Əkbər İbrahimzadəni Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic İşləri üzrə müavini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Əkbər İbrahimzadənin Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin Bəsic İşləri üzrə müavini vəzifəsinə təyin olunması ilə bağlı sərəncam verdi.

Sərəncamın tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Keşikçi briqada generalı Əkbər İbrahimzadə,

Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin təklifinə əsasən, habelə bu günə qədər etdiyiniz layiqli xidmətləri nəzərə alaraq sizi Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin Bəsic İşləri üzrə müavini vəzifəsinə təyin edirəm.

Baş Qərargah sədrinin Bəsic İşləri üzrə müavininin başlıca vəzifəsi imam Xomeyninin (r.ə) uca məramlarının ən yüksək səviyyədə reallaşmasına, habelə Məzlumların Səfərbərliyi Təşkilatının kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirilməsi məqsədilə ölkənin Bəsic qüvvələrinin fəaliyyəti ilə bağlı qəbul edilmiş qanunların və elan edilmiş tədbir layihələrinin icrasına daimi nəzarəti həyata keçirməkdir.

Ümidvaram ki, üçlü hakimiyyət qüvvələrinin, digər rəsmi orqanların səlahiyyətli şəxsləri və xalqın müxtəlif təbəqələrinin möhtərəm nümayəndələri lazımi səviyyədə əməkdaşlıq edəcəklər.  
  
Bu günə qədər həmin postun məsuliyyətini daşımış briqada generalı Zülqədrə vəzifə səlahiyyətlərini icra etdiyi müddətdə Allaha xatir göstərdiyi dəyərli səylərə və zəhmətinə görə dərin təşəkkürümü bildirirəm. 

Uca Yaradandan hamımıza dəstək və yardımçı olmasını diləyirəm.

Seyid Əli Xamenei
23 may, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /