Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Fatimeyi-Zəhranın şəhadət gecəsinə həsr edilmiş əzadarlıq mərasimində iştirak etdi

Siddiqeyi-Kubra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Xomeyni (r.ə) adına hüseyniyədə İslam Peyğəmbərinin (s) istəkli qızının əziz xatirəsini yad etmək üçün matəm və əzadarlıq mərasimi təşkil olundu.

Məğrib və işa namazlarından sonra başlamış bu mərasimdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri, habelə hökumət adamları iştirak edirdilər. Çıxış edənlər və Əhli-beyt (ə) məddahları imamlar anası Həzrət Fatimənin (s.ə) uca şəxsiyyətini, onun çəkdiyi əzab və müsibətləri anlatdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə cümə günündən etibarən başlamış matəm mərasimi 18 may, 2010-cu il tarixinə  qədər davam edəcək.





Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /