Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın himayə etdiyi İsrail Fələstin xalqının hüquqlarını tapdalamaq üçün bütün imkanlardan istifadə edir

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Şri Lanka Respublikasının prezidenti cənab Mahinda Racapakse və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı münasibətlərin keçmişinə toxunaraq dedi: “İran-Şri Lanka əlaqələrinin tarixi kökləri var, lakin bu münasibətlər heç bir zaman bugünkü qədər müsbət olmamışdır. Çünki hal-hazırda ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün münbit zəmin və stimul mövcuddur”.

Şri Lanka hökumətinin ölkədaxili problemləri uğurla yoluna qoymasına toxunan Ali Məqamlı Rəhbər bu dövlətin Fələstini dəstəkləməkdə aktiv fəaliyyətini də yüksək qiymətləndirərək dedi: “Fələstin xalqı dörd bir yandan əziyyətə məruz qalan məzlum bir xalqdır. Fələstinlilərin ABŞ tərəfindən himayə olunan cəllad düşməni, yəni İsrail bu xalqın hüquqlarını tapdalamaq üçün bütün imkanlardan istifadə edir”.

 Həzrət Ayətullah Xamenei Fələstin problemi ilə bağlı aşağıdakıları xüsusilə qeyd etdi: “Ölkəsində məsul vəzifə postu tutan hər bir şəxs Fələstini dəstəkləmək işində fəal rol oynamaq barədə düşünməlidir”.

Ali Məqamlı Rəhbər Şri Lanka Respublikasının dövlət başçısının Tehrana səfərinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın əvvəlkindən də artıq genişlənməsinə səbəb olacağına ümidvar olduğunu bildirdi.  

Birinci vitse-prezident cənab Rəhiminin də iştirak etdiyi görüşdə Şri Lanka Respublikasının dövlət başçısı belə qeyd etdi: “Biz Fələstin xalqı ilə dostluğumuza illər öncə başlamışıq, bu məzlum xalqın müdafiəsi üçün beynəlxalq ictimaiyyətə də öz mövqeyimizi bildirmişik və bundan iftixar duyuruq”.

Şri Lanka Respublikasının prezidenti cənab Mahinda Racapakse ölkəsinin terrorizmə qarşı mübarizə və Şri Lankada yaşayan müsəlmanların himayəsi istiqamətində göstərdiyi səylərə toxunaraq əlavə etdi: “Şri Lanka hökuməti terror hücumları nəticəsində ev-eşiyindən didərgin düşmüş müsəlmanları məskunlaşdıqları məntəqələrə qaytarmağa müvəffəq olub”.

Həmçinin Şri Lankanın dövlət başçısı belə əlavə etdi: “İran-Şri Lanka əlaqələrinin uzunillik tarixi keçmişi var. Bizə göstərdiyi yardıma və dəstəyə görə İİR-na təşəkkür edir, habelə bütün sahələrdə iqtisadi əməkdaşlığı genişləndirməyə hazır olduğumuzu bildiririk”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /