Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hər bir müsəlman ölkəsi Fələstin problemini öz problemi bilməlidir!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Seneqal Respublikasının dövlət başçısı cənab Abdullah Vad və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müsəlman ölkələri üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, İslam dünyasının problemlərinin həllini tapmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirərək qeyd etdi: “Fövqəladə insan potensialına, geniş coğrafi imkanlara malik olan müsəlman ölkələri özlərinin əzəmətli kimliyi ilə böyük bir gerçəkliyi təşkil edirlər. Bu əzəmətli kimlik meydana daxil olarsa, heç kəs onu görməməzliyə vura bilməz”.

İslam İnqilabının Rəhbəri İslam Konfransı Təşkilatının dövri sədri kimi cənab Abdullah Vadın önəmli mövqe tutmasına işarə edərək dedi: “Təşkilata üzv olan dövlətlər arasında daha da sıx əlaqələrin qurulması və ümumi mənafeyə diqqət yönəldilməsi üçün İslam Konfransı Təşkilatı siyasi, habelə İslam ideologiyası baxımından möhkəmlənməlidir”.

Qurumun təsis edilməsinin başlıca səbəbini xatırladan Həzrət Ayətullah Xamenei bunları açıqladı: “İslam Konfransı Təşkilatı əsas etibarilə Fələstini və Qüds məsələsini dəstəkləmək üçün meydana gəlmişdir. Hal-hazırda sionistlərin Qüdsün, Əlxəlilin və Fələstinin digər məntəqələrinin yəhudiləşdirilməsi siyasəti yürütdüyü bir dövrdə bu təşkilat başlıca diqqətini son dərəcə mühüm olan Fələstin problemi üzərində cəmləməlidir”.

İmperialist dövlətlərin Fələstin məsələsi ilə bağlı yürütdüyü təxribatçı siyasətə toxunan Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “Hər bir müsəlman ölkəsi Fələstin problemini öz problemi kimi qəbul etməlidir”.

İslam İnqilabının Rəhbəri müsəlman ölkələri arasında daha çox birlik və həmrəyliyə nail olunmasını vacib hesab etdiyini bildirərək təkidlə qeyd etdi: “Amerikanın himayəsindən yararlanan qəsbkar sionistlər İslam ölkələri tərəfindən siyasi və iqtisadi təzyiqə məruz qalmalıdırlar”.

İran və Seneqal arasındakı ikitərəfli əməkdaşlığa toxunan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Ölkələrimiz arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün gözəl imkan və potensial var. Bu imkan və potensialdan səmərəli surətdə istifadə etmək lazımdır”. 

Vitse-prezident cənab Rəhiminin də iştirak etdiyi bu görüşdə Seneqal Respublikasının prezidenti cənab Abdullah Vad İslam Konfransı Təşkilatına sədrlik etdiyi iki il müddətində qurumun fəaliyyəti, müsəlman ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş tədbirlər barədə qısaca məlumat verərək dedi: “Seneqal müsəlman alimlərinin konfransının keçirilməsi təklifi ilə çıxış edib və konfransın hazırlıq iclasının Dakar şəhərində baş tutması qərara alınıb”.

Cənab Abdullah Vad Tehran-Dakar arasındakı müsbət əlaqələrə də toxunaraq dedi: “İran İslam Respublikası təhsil, infrastruktur təsisatları və neft sahələrində olduqca müsbət imkanlara malikdir. Ümidvarıq ki, budəfəki səfərimizin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində müvafiq razılıqlar əldə ediləcək”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /