Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Keşikçi Kontr-admiral Əli Fədəvini İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı təyin etdi

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei keşikçi kontr-admiral Əli Fədəvinin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanmasının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı fərman verdi.

Fərmanın tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Keşikçi kontr-admiral Əli Fədəvi,

Kontr-admiral Səffarinin Keşikçi Korpusun Zabitlər Akademiyasının komandiri vəzifəsinə təyin olunması ilə əlaqədar Keşikçi Korpusun Baş Komandanının təklifinə əsasən  zəngin təcrübənizi, dəyərli və layiqli xidməti fəaliyyətinizi nəzərə alaraq Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanmasının komandiri təyin edirəm. Ümidvaram ki, Hərbi Dəniz Donanmasında xidmət edən imanlı və təcrübəli kadrlardan, əlverişli texniki təchizatdan səmərəli istifadə edərək Sizə həvalə olunan vəzifəni lazımınca yerinə yetirəcək və sözügedən qüvvələrin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi işini daha sürətli bir templə həyata keçirəcəksiniz.    
          
Vəzifə başında olduğu 10 il müddətində Allah naminə saf niyyətlə çəkdiyi zəhmətlərə, tətbiq etdiyi dəyərli və faydalı manevrlərə görə kontr-admiral Səffariyə də təşəkkür etməyi lazım bilirəm.

Uca Yaradandan hamınıza dəstək və yardımçı olmasını, imam Mehdi Sahibəz-Zəmanın (Ruhlarımız ona fəda olsun!) öz diqqətini Sizdən əsirgəməməyini diləyirəm.

Seyid Əli Xamenei
3 may, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /