Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabı qələbəsinin ildönümü münasibətilə

Məhkumların bir qismi əfv edildi

İslam İnqilabının qələbəsinin 31-ci ildönümü ərəfəsində İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilabi Məhkəmə instansiyalarında, Hərbi Tribunallarda və İqtisad Məhkəmələrində mühakimə edilmiş 960 nəfər məhkumun cəzasının əfv edilməsinə, yaxud cəzalarının yüngülləşdirilməsinə razılıq verdi. 

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani İslam İnqilabının 31-ci ildönümü münasibətilə Ali Məqamlı Rəhbərə ünvanladığı məktubda müvafiq komissiya tərəfindən zəruri tələblərə cavab verdiyi müəyyən olunmuş 960 nəfər məhkumun əfv edilməsi ilə bağlı təklif irəli sürmüş, Ali Rəhbərlik Məqamı da təklifə müsbət cavab vermişdir.








Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /