Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin

Hüccətul-İslam Fakirin vəfatı ilə bağlı başsağlığı müraciəti

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid ruhani Hüccətul-İslam Fakirin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Mücahid ruhani cənab Hüccətul-İslam Fakirin vəfatı ilə əlaqədar onun dəyərli və möhtərəm ailə üzvlərinə, övladlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Ölkəmizdə İslami hərəkatın başladığı ilk illərdən bəri göstərdiyi gərgin səy və mücahidə, habelə İslam Şurası Məclisində deputat olduğu dövrdə və digər sahələrdəki dəyərli xidmətləri Qiyamət günü bu böyük ruhani üçün əvəzsiz ehtiyat olmaqla yanaşı, qədirbilən xalqımızın xoş xatirələrində də onu əbədi yaşadacaq. Uca Yaradanın onun ruhuna ən ali dərəcələri nəsib etməsini diləyirəm.
  
Seyid Əli Xamenei
12 fevral, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /