Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Məqamlı Rəhbəri:

Bu xalq səadət və tərəqqinin ən uca zirvələrini fəth etməyi qərara alıb!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müraciət edərək 22 bəhmən ümumxalq yürüşündə çoxmilyonlu, yüksəksəviyyəli iştirakına görə İran xalqına öz dərin təşəkkür və minnətdarlığını bildirərək xüsusilə vurğuladı: “İran xalqının dostları ilə yanaşı düşmənləri də bilməlidirlər ki, bu xalq xoşbəxtlik və tərəqqinin ən yüksək zirvələrini fəth etməyi qərara alaraq öz yolunu dəqiq müəyyənləşdirib və bu yolda qarşısına çıxan bütün maneələri dəf edəcək!”

Ali Rəhbərlik Məqamının xalqa ünvanladığı müraciətin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Xaruqəladələr yaradan əzəmətli və şərəfli İran xalqı!
Möhkəm qədəmləriniz əsla yorulmasın! Azadlıq eşqi və böyük əzmlə qaldırdığınız bayraq daim göylərə ucalsın! Yaşasın sizin sonsuz əzminiz, lazımi məqamda, bədxah düşmənlə qarşıdurma meydanını daim haqqın qələbə qazandığı, qürur və əzəmətin nümayiş olunduğu bir meydana çevirən misilsiz uzaqgörənliyiniz! 
 
Sizin əzminizdə, imanınızda və uzaqgörənliyinizdə öz qüdrət əlini nümayiş etdirmiş, belə bir gündə – İslam Respublikasının yaradılmasının 31-ci ildönümündə qədim tarixi olan bir xalqın imanına və özünəinam hissinə arxalanan İslam dövlətinin gücünü və sarsılmazlığını düşmənlərə həmişə olduğundan da artıq göz dağı etmiş Uca Yaradana qəlbimin və varlığımın dərinliklərindən təşəkkür edirəm.

Hegemon və imperialist dövlətlərin qəflət yuxusundan oyanmaları, habelə İslam dövlətinin bərqərar olunduğu İrana ağalığı uğrunda boşuna səy göstərdiklərini anlamaları üçün 31 illik təcrübə və bu illər ərzində yol verdikləri səhvlər kifayət deyilmi?

Məgər İslam İnqilabının 31-ci, təntənəli ildönümündə on milyonlarla uzaqgörən, şövqlü insanın iştirakı zaman-zaman riyakarcasına xalqdan danışan, xarici qüvvələrin yalanlarına uymuş ölkə daxilindəki əleyhdarların özünə gəlmələri, xalqın seçdiyi və tutduğu yolu – Həzrət Muhəmmədin (s) gətirdiyi xalis İslamın, habelə dahi imam Xomeyninin (r.ə) haqq yolunu tutmaları üçün kifayət etmirmi?

İran xalqının dostları və düşmənləri bilməlidirlər ki, bu xalq öz yolunu dəqiq müəyyənləşdirib, qərarını verib və şübhəsiz ki, səadət və tərəqqinin ən uca zirvələrini fəth etmək üçün Allaha və Uca Yaradanın ona bəxş etdiyi gücə arxalanaraq bu yolda qarşısına çıxan bütün maneələri dəf edəcək. Allah-Taala bu xalqa daim dəstək və yardımçı olsun! Həzrət Mehdi Sahibəz-Zəmanın (ə.f) duaları İran xalqını qorusun!

Seyid Əli Xamenei
11 fevral, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /