Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin iştirakı ilə

Möhtəşəm Ərbəin mərasimi keçirildi

Şəhidlər ağası imam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ‒ Ərbəin gününün ildönümündə imam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə əza mərasimi təşkil edildi. Zəncanın imanlı əhalisinin, o cümlədən cavanlarının iştirak etdiyi bu mərasim imam Hüseynə (ə) qarşı aşıb-daşan sevgi və emosiya atmosferində baş tutdu.

Yüksək rütbəli dövlət məmurlarının da iştirak etdiyi bu möhtəşəm mərasimdə Zəncanın Əhli-beyt (ə) məddahları və əzadarlar növhə və mərsiyələr oxuyaraq Kərbəla əsirlərini aparan karvanın, o cümlədən Həzrət Zeynəbin (s.ə) çəkdiyi hədsiz müsibətlərə göz yaşı axıtdılar.

Mərasimdə Vəliyyi-fəqihin Zəncan üzrə nümayəndəsi və buranın İmam-cüməsi Hüccətul-İslam vəl-muslimin Vaizi zəncanlıların imam Hüseynin (ə) faciəsini məhərrəm ayının 8-i və 11-də vilayətdə keçirilmiş möhtəşəm əza mərasimlərində də böyük ehtiramla yad etdiklərini qeyd edərək dedi: “Bu gün İranda bərqərar olmuş İslam rejimi məhz imam Hüseynin (ə) izzət və əzəmətinin parlaq təzahürüdür. Xalqımız son nəfəsinə qədər bu əzəməti qoruyub-saxlamağa hazırdır”. 
 
Hüccətul-İslam vəl-muslimin Vaizi əsirləri gətirən karvanın Ərbəin günü Kərbəlaya gəldiyini qeyd edərək əlavə etdi: “Həzrət Zeynəb (s.ə), eləcə də Kərbəla əsirlərini gətirən karvanın bütün üzvləri haqq yolunda dözümlülük və mübarizliyin carçıları idilər”.
 
Saf niyyət və sədaqət atmosferində keçən bu mərasim Həzrət Ayətullah Xameneinin duası ilə yekunlaşdı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /