Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elm və iman işığında gerçəkləşən gərgin fəaliyyət müvəffəqiyyətin simvoludur

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Royan Embrioloji Tədqiqatlar İnstitutunun məsul şəxsləri və burada çalışan tədqiqatçılarla görüşündə qeyd etdi ki, akademik sferada əsl cihad, aktual problemlərin dəqiqliklə seçimi, bu problemlərin həlli istiqamətində elmi biliklərdən səmərəli istifadə, habelə Allaha sonsuz iman sayəsində gerçəkləşdirilən gərgin fəaliyyət bu elmi mərkəzin əldə etdiyi müvəffəqiyyətin simvoludur.

Görüş zamanı Royan Embrioloji Tədqiqatlar İnstitutunun direktoru doktor Qurabi institutun əldə etdiyi son elmi nailiyyətlər, o cümlədən ölkədə və regionda ilk transgen heyvanların yetişdirilməsi barədə məlumat verdi.
 
Qeyd edək ki, ilk transgen heyvanlar bu il yanvar ayının 9-da Akademik Cihad Elmi-Tədqiqat Mərkəzində doğulmuşlar.




Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /