Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Dilindən və irqindən asılı olmayaraq işğalçılığa meyilli olmayan ölkələr bizim dostlarımızdır

İran İslam Respublisının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qayana Respublikasının prezidenti Barrat Caqdeo və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qayana dövlətinin yürütdüyü müstəqil xarici siyasətə toxunaraq qeyd etdi: “Dünya ictimaiyyətinə qarşı yönəlmiş ən böyük zülm superdövlətlərin ağalığı, hegemon qüvvələrin işğalçılıq siyasəti, dünya ölkələrinin “işğalçı” və “işğala məruz qalan” dövlətlərə bölünməsidir. Məhz buna görə də İran İslam Respublikası elə ilk başlanğıcdan öz siyasətini imperializmə qarşı mübarizə əsasında qurub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dilindən və irqindən asılı olmayaraq işğala boyun əymək istəməyən və işğalçılığa meyilli olmayan ölkələr bizim dostlarımızdır”.

Ötən illər ərzində ABŞ-ın və bəzi Qərb dövlətlərinin Latın Amerikası ölkələri üzərində ağalıq etməsinə toxunan Həzrət Ayətullah Xamenei qeyd etdi: “Xoşbəxtlikdən, artıq regiondakı xalqların hamısında oyanış müşahidə olunur və onlar öz xalqının asılılığını deyil, müstəqilliyini istəyən siyasətçiləri dəstəkləyirlər. Son bir neçə ildə regionda baş tutmuş seçkilərin nəticələri, o cümlədən sizin ikinci dəfə ölkə administrasiyasına seçilməyiniz bu oyanışa əyani sübutdur”.

İki ölkə arasında ticarət, sənaye və faydalı qazıntılar sahəsində qarşılıqlı əməkdaşlıq üçün münasib zəminin mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran qazandığı təcrübəni dost ölkələrlə paylaşmağa hazırdır”.

Ali Məqamlı Rəhbər Qayana Respublikasında müsəlmanların yaşamasını və bu dövlətin İslam Konfransı Təşkilatına üzv olmasını  İran-Qayana əməkdaşlığı üçün daha bir münasib zəmin hesab etdiyini bildirdi.

Haitidə baş vermiş zəlzələ ilə əlaqədar hədsiz təəssüf hissi keçirdiyini bildirən Həzrət Ayətullah Xamenei bu faciəni yaşamış Haiti xalqı ilə həmdərd olduğunu da dedi.

Ölkə prezidenti Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Qayana Respublikasının başçısı Barrat Caqdeo İran İslam Respublikasının Latın Amerikası regionuna və Karib hövzəsinə daxil olan ölkələrlə əməkdaşlığını müsbət qarşıladığını bildirərək dedi: “Qayana dövləti coğrafi cəhətdən ABŞ-a yaxın olmasına baxmayaraq müstəqil siyasət yürüdür. Biz İİR-nın bütün sahələrdəki təcrübələrindən istifadə etməyə hazırıq”.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /