Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin

Pr. Məsud Əliməhəmmədinin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli müəllim, professor Məsud Əliməhəmmədinin şəhid olması ilə əlaqədar başsağlığı vermişdir.

Başsağlığı müraciətinin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Görkəmli müəllim, professor Məsud Əliməhəmmədinin (Yeri behişt olsun!) şəhid olması ilə əlaqədar onun anasını, həyat yoldaşını, möhtərəm ailə üzvlərini, bütün dostlarını, şagirdlərini və həmkarlarını təbrik edərək dərin hüznlə başsağlığı verirəm.

Bu böyük itkini xalqımıza yaşadan cinayətkar əllər İslam Respublikasının düşmənlərinin ölkənin elmi tərəqqi yolunda həyata keçirdiyi cihad hərəkatına zərbə vurmaq məqsədi güddüyünü ifşa edərək hamı üçün bir daha aşkarladı. Şübhəsiz, bədxahların bütün səylərinə rəğmən ölkənin alimlərinin, elmi işçilərinin və ali məktəb müəllimlərinin böyük əzmi və təşəbbüskarlığı düşmənin bu xəbis arzusunu ürəyində qoyacaq! Ulu Yaradandan o xoşbəxt şəhidin ruhuna ən uca məqamları nəsib etməsini, mərhumun ailə üzvləri üçün isə səbir və əcr diləyirəm.

Seyid Əli Xamenei
15 yanvar, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /