Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin iştirakı ilə

Əba Əbdullah Hüseynin xatirəsinə həsr edilmiş möhtəşəm əza mərasimi

Məhərrəm ayının doqquzuncu gecəsi – Aşura axşamında imam Xomeyni (r.ə) adına Hüseyniyyədə və ətrafdakı küçələrdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdullah Hüseynin (ə) və onun vəfalı silahdaşlarının xatirəsinə həsr edilmiş möhtəşəm bir əza mərasimi quruldu.

Bir sıra məsul vəzifəli şəxslərin də iştirak etdiyi bu məclisdə çıxış edən natiqlər, pak və məsum Əhli-beytin (ə) məddahları Həzrət Əba Əbdullah Hüseynin (ə) həyata keçirdiyi hərəkatın və Aşura qiyamının müxtəlif cəhətlərini açıqlamaqla yanaşı, Kərbəla şəhidlərinin çəkdiyi müsibətləri də yad edərək növhə və mərsiyələr oxudular.

Xatırladaq ki, məhərrəm ayının yeddisi cümə axşamı günündən etibarən başlamış bu mərasim ayın 11-i bazar ertəsinə qədər davam edəcək.



Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /