Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin

Ayətullah Müntəzirinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi fəqih Ayətullah Hacı Şeyx Hüseynəli Müntəzirinin (Allah rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

Başsağlığı müraciətinin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Böyük fəqih Ayətullah Hacı Şeyx Hüseynəli Müntəzirinin (Allah rəhmət etsin!) bu fani dünyaya əlvida deyib əbədiyyətə qovuşduğu barədə xəbər tutduq. Ayətullah Müntəziri dərin biliyə malik olan görkəmli bir müəllim idi və onun elmindən bir çox tələbələr bəhrələnmişdi. Mərhum Ayətullah Müntəziri ömrünün uzun illərini əzəmətli imam Xomeyninin (r.ə) hərəkatı uğrunda xidmətə sərf etmiş, səylə çalışıb-vuruşmuş, bu yolda bir çox çətinliklərə sinə gərmişdir. Bu dahi fəqih imam Xomeyninin  (r.ə) mübarək həyatının son dövrlərində çətin və təhlükəli bir imtahanla üzləşmişdi. Uca Yaradandan diləyim budur ki, Özünün sonsuz rəhmət və bağışlaması ilə bu çətin sınağın üstündən keçsin və bu dünyanın çətinlik və xəstəliklərini onun kəffarəsi etsin. Ayətullah Müntəzirinin vəfatı ilə bağlı onun bütün yaxınlarına, xüsusilə də möhtərəm xanımına və övladlarına dərin hüznlə başsağlığı verir, mərhumun ruhu üçün Allah-Taaladan rəhmət və bağışlanma diləyirəm.

Seyid  Əli Xamenei
20 dekabr, 2009-cu il



Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /