Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Fələstini dəstəkləmək şəri və İslami vəzifədir

Bu gün axşam İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri cənab Xalid Məşəl və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Fələstin xalqının və HƏMAS da daxil olmaqla müqavimət göstərən qrupların mübarizəsini yüksək qiymətləndirərək belə vurğuladı: “Fələstinin yeganə nicat yolu mübarizə aparmaq, müqavimət göstərmək, əməli iş görüb zəruri addımlar atmaqla bərabər Allaha təvəkkül etməkdir”.

Ali Məqamlı Rəhbər bütün zülm və çətinliklərə, bu məmləkətin camaatına qarşı törədilən cinayətlərə baxmayaraq Fələstin probleminin gələcəyinin işıqlı və ümidverici olduğunu qeyd edərək təkidlə əlavə etdi: “Zəfər və qalibiyyətin Allaha inanan və Onun yolunda cihad edən şəxslərə aid olması Tanrının pozulmaz vədlərindəndir”.

İslam İnqilabının Rəhbəri Fələstində baş verən olayların iki mühüm cəhətini xüsusilə qeyd edərək və burada baş verənləri tarixin ən böyük hadisələrindən adlandıraraq belə qeyd etdi: “Bu hadisələrin səciyyəvi cəhətlərindən biri Qəzza əhalisinin ən ağır təzyiqlər qarşısında müqavimət göstərməsi, digəri isə zahirən müsəlman olan bəzi ərəblərin Fələstin xalqına xəyanət etməsidir”.
 

Həzrət Ayətullah Xamenei HƏMAS rəhbərlərinin təzyiqlər, təhdidlər, siyasi oyunlar qarşısında müqavimətinin son dərəcə dəyərli olduğunu vurğulayaraq əlavə etdi: “İran İslam Respublikası Fələstin problemini öz şəxsi problemi, Fələstini dəstəkləməyi isə şəri və İslami vəzifə hesab edir”.
 

Ali Məqamlı Rəhbər İranı Fələstinə qarşı etinasız mövqe tutmağa sövq etmək üçün düşmənin göstərdiyi hərtərəfli səyləri xüsusilə qeyd edərək dedi: “Düşmənlər hər cür yola əl atsalar da, başları daşı dəydi”.
 

Həmçinin İslam İnqilabının Rəhbəri belə vurğuladı: “İmperializmin İran İslam Respublikası ilə ədavətinin əsl səbəbi məhz Fələstin məsələsidir. İran Fələstin olayı ilə bağlı geri çəkilsəydi, bu düşmənçiliklərin bir çoxu azalardı. Lakin biz bu məsələnin üzərində ciddi durmuşuq və əsla geri çəkilməyəcəyik”.

Həzrət Ayətullah Xamenei İran xalqının Fələstin məsələsində fələstinliləri dəstəklədiyinə də toxunaraq qeyd etdi: “İran xalqının Fələstini dəstəkləməyə cani-dildən olan inamı bu məsələni iranlıların qəlbinin və etiqadının dərinliyinə olduğu kimi nüfuz etdirmiş imam Xomeyninin (r.ə) bərəkəti sayəsindədir”.

Fələstin probleminin düzgün həllini tapacağı təqdirdə İslam ümmətinin bir sıra çətinliklərinin həll olunacağını qeyd edən Ali Məqamlı Rəhbər sionist rejiminin Fələstin xalqına qarşı yönəltdiyi son təhdidlərə toxunaraq əlavə etdi: “Sionist rejimi Qəzza əhalisinə qarşı başqa bir müharibəyə başlasa, bu dəfə daha şiddətli bir cavabla, daha ağır bir məğlubiyyətlə qarşılaşacaq, dünyada əvvəlki məğlubiyyətindən də artıq rüsvayçılığa düçar olacaq”.
      

İslam İnqilabı Rəhbərinin, İran xalqının və İslam Respublikasının Fələstini dəstəkləməkdə cəsarətli mövqeyini yüksək qiymətləndirdiyini bildirən HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri cənab Xalid Məşəl Qəzza sektorunda və İordan çayının qərb sahillərində son dövrlərdəki mövcud vəziyyət barədə qısaca məlumat verərək dedi: “Müqavimət HƏMAS-ın, digər müqavimət göstərən qruplaşmaların və Fələstin xalqının strateji seçimidir və biz heç bir vəchlə siyasi və hərbi təzyiqlər qarşısında təslim olmayacağıq”.

Cənab Xalid Məşəl sionist rejiminin Qəzza camaatına qarşı son hərbi təhdidlərinə də toxunaraq bildirdi: “Sionist rejimi səhvə yol verib daha bir müharibəyə başlasa, bu dəfə daha ağır bir məğlubiyyətə düçar olacaq. Çünki hal-hazırda mömin Qəzza əhalisi bütün təzyiqlərə baxmayaraq 22 gün davam etmiş hərbi əməliyyatlar zamanı olduğundan daha böyük müqavimət əhval-ruhiyyəsinə və bacarığına malikdir”.



Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /