Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin razılığı ilə

Qədir-Xum günləri münasibətilə 793 nəfər məhkum əfv olunmuş və cəzası yüngülləşdirilmişdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti sədrinin mübarək Qədir-Xum günləri münasibətilə ümumi və İnqilabi məhkəmələr, İnzibati Cəzalar Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 793 nəfərə yaxın məhkumun əfvi və cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət qarşılamışdır.

Məhkəmə Hakimiyyəti sədrinin bu barədə Ali Məqamlı Rəhbərə yazdığı məktubun və Aliməqam Rəhbərin verdiyi cavabın tam mətni aşağıdakı kimidir:

– Mehriban və bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, zati-aliləri Həzrət Ayətullah Xamenei cənablarına,
Salamlarımı və sağlamlıq diləklərimi yetirərək bildirirəm ki, Cəza, Əfv və Amnistiya Aktlarının Qeydiyyatı Baş İdarəsinin 88/8/30 – 8/A/90476 saylı bildirişinə əsasən ümumi və İnqilabi məhkəmələrdə, İnzibati Cəzalar Komitəsində, Hərbi Tribunalda mühakimə edilmiş 793 məhkumun müvafiq sənədləri həmin idarədə araşdırılaraq əfv olunması və cəzanın yüngülləşdirilməsi şərtlərinə cavab verdikləri müəyyən edilmişdir. Konstitusiyanın 110-cu maddəsinin 11-ci bəndinin və müvafiq Əsasnamənin icra olunması üçün, habelə mübarək Qədir-Xum bayramının gəlişi münasibətilə irəli sürülən təklifə əsasən əfv olunmaları, yaxud cəzalarının yüngülləşdirilməsi, İslam dinin mərhəmət və şəfqətindən bəhrələnmələri üçün həmin 793 məhkumun adlarını Sizə təqdim edirik.
 

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Sadiq Laricani

– Uca Yaradanın adı ilə!

Salamlarımı, salamatlıq diləklərimi və mübarək Qədir-Xum bayramı münasibətilə təbriklərimi yetirərək cənabınızın adları sadalanan məhkumların əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi ilə bağlı təklifini qəbul edirəm.

Allahın salamı və rəhməti sizlərə olsun!

Seyid Əli Xamenei
5 dekabr, 2009-cu il


 
 
Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /