İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xidmətkar, fədakar alim, mərhum Hüccətul-İslam vəl-muslimin Hacı Şeyx Məhdi Qazinin vəfatı ilə bağlı başsağlığı vermişdir.
Müraciətin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Xidmətkar və fədakar alim cənab Hüccətul-İslam vəl-muslimin Hacı Şeyx Məhdi Qazinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar onun kəramətli ailəsinə, bu elmli və bacarıqlı ruhani şəxsiyyətin bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu işgüzar və təşəbbüskar ruhaninin istər İslam İnqilabından əvvəl, istərsə də İslam Respublikasının mübarək dövründə nəzərəçarpan dəyərli xidmətləri onu ruhani dairələrdə və elmi-teoloji sferalarda misilsiz bir şəxsiyyət kimi tanıtmışdı. Hacı Şeyx Məhdi Qazinin vəfatı bizim üçün hədsiz təəssüflə dolu olan böyük bir itkidir.
Uca Yaradandan bu aliqədr ruhaninin fədakarlıqla və yorulmaq bilmədən etdiyi dəyərli xidmətlərə görə ona sonsuz rəhmət, bağışlanma və əcr nəsib etməsini diləyirəm.
Seyid Əli Xamenei
26 noyabr, 2009-cu il Məlumatdan istifadə edərkən LEADER.İR saytına istinad zəruridir