İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum şair Mahmud Şahruxinin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Mehriban və bağışlayan Allahın adı ilə!
Görkəmli şair Mahmud Şahruxinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar ölkənin ədəbi və sənət ictimaiyyətinə, mərhum şairin səmimi poeziyasının bütün aşiqlərinə və dəyərli ailəsinə dərin hüznlə başsağlığı verirəm. Şair Mahmud Şahruxi inqilabi poeziyanın avanqardlarından idi. O, malik olduğu qiymətli söz və bəyan sərmayəsi ilə inqilabın köməyinə tələsən, öz istedadını birbaşa və sədaqətlə İslam İnqilabının yüksək amallarına xidmətə həsr edən ilk sənətkarlar cərgəsindədir. İnqilabi şeirin yetişməkdə olan gənc nəsli bu rəvan təbli şairə və bu şərəfli meydanın digər avanqardlarına borcludurlar. Bizlər hamımız bu geniş və təhlükəli cəbhəni yarıb keçərək ardınca cığır açan bu insanlara minnətdar olmalıyıq. Uca Yaradandan bu əziz dostumuza və şairimizə Öz rəhmətini və behiştini nəsib etməsini diləyirəm.
Seyid Əli Xamenei
18 noyabr, 2009-cu il
Başsağlığı müraciətinin tam mətni: