Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məscidləri gənclərin qəlbləritək tər-təmiz edib böyük həvəs və stimulla doldurun

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei XVIII Namaz Konfransına ünvanladığı müraciətdə builki konfransın gənclərin adı ilə bağlanmasını layiqli və bəyənilən bir iş adlandıraraq bildirdi: “Gəncləri namazın insana bəxş etdiyi  mənəvi saflıq və sevinclə tanış etmək, əslində, həm bu gənclərə, həm də onların güclü əzmi sayəsində quracaqları gələcəyə böyük bir xidmətdir”.

Ali Rəhbərlik Məqamının XVIII Namaz Konfransına ünvanladığı müraciətin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Builki konfransın – XVIII Namaz Konfransının “Gənclər Konfransı” adlandırılması olduqca məqsədyönlü və bəyənilən, habelə Uca Yaradanı anma, dua və yalvarışlarda Onunla dərdini bölüşmə kimi İlahi feyzlərin mənbəyi olan bu ibadətə düzgün yanaşmadan  qaynaqlanan dəyərli bir işdir. Gənclərin hələ pisliklərə bulaşmamış qəlbi nur və mənəvi rahatlıq çırağı olan namazın işıq saçıb isitməsi, saysız-hesabsız yanlış və dolanbac yollar arasından onlara mənəvi yüksəliş və təkamül yolunu nişan verməsi üçün ən çox hazır olan bir məkandır. Gəncləri namazın və Uca Yaradanın zikrinin mahiyyətində duran mənəvi saflıq və sevinclə tanış etmək, əslində, onlara və onların öz bacarıqlı əlləri və gənclik əzmi ilə qurub-yaratmalı olduqları gələcəyə böyük bir xidmətdir. Mən tövsiyə edirəm ki, məscidləri də gənclərin qəlbləri kimi tərtəmiz edib bəzəyərək optimizm və sevinc  əhval-ruhiyyəsi, böyük həvəs və stimulla doldurasınız. Məscid də namaz çırağının işıqlandığı, ətrafa mərifət, məhəbbət, saflıq və səmimi ünsiyyət  nurları saçan bir məkan olmalıdır.  İmam-camaatların, qəyyum heyətlərinin, məscidlərdə öz vəzifə borcunu yerinə yetirən, habelə Allah rizası üçün çalışan xadimlərin hər biri bu böyük və təsiredici işdə öz çiyinlərinə düşən məsuliyyət payını hiss etməlidirlər. Uca Yaradandan namaz mövzusunda keçirilən silsilə konfransların bütün təşkilatçılarına və məsullarına, xüsusilə də ləyaqətli, sabitqədəm və mətin bir insan olan cənab Hüccətul-İslam Qiraətiyə yardımçı və dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei
5 noyabr, 2009-cu il


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /