Bu gün səhər ölkənin elm, mədəniyyət və ədəbiyyatının təmsilçilərindən bir qrupu görkəmli elm-mədəniyyət xadimlərinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi şəraitdə baş tutan görüşündə müxtəlif məsələlərlə bağlı öz rəy və təkliflərini İnqilab Rəhbərinə bildirmişlər.
Görüşün əvvəlində gənc elm-mədəniyyət xadimlərindən bir neçəsi çıxış edərək bir sıra mühüm məqamlara toxundular.
Gənc xadimlərin çıxışlarından sonra Həzrət Ayətullah Xamenei ziyalı gənclərlə bu dəfəki görüşünün həmişə olduğu kimi xoş və ümidverici adlandıraraq vurğuladı: “Ziyalılıq yükünü böyük məsuliyyət hissi ilə daşıyan görkəmli və təhsilli cavanlar həqiqətən ölkənin əsl ümid yeridirlər və İranın parlaq gələcəyinin gerçəkləşməsi üçün başlıca amil hesab olunurlar”.
İslam İnqilabının Rəhbəri gənc elm və mədəniyyət xadimlərinin hər il öz rəy və təkliflərini bildirərkən ötən ilki ilə müqayisədə daha önəmli və mühüm məqamlara toxunduqlarını deyərək əlavə etdi: “Bu reallıq gənclərin ölkənin başlıca problemlərinə diqqət yetirdiyini göstərir və inkişafın, tərəqqinin əlamətidir. Ölkənin məsul vəzifəli şəxsləri bu gerçəkliyi nəzərə alaraq gələcək üçün fəaliyyət proqramları hazırlamalı və tədbir görməlidirlər”.
Həzrət Ayətullah Xamenei gənc elm və mədəniyyət xadimlərinin vurğuladıqları bəzi məsələləri – ölkədə tərəqqi hərəkatının milli və yerli ehtiyaclara əsasən gerçəkləşdirilməsi zərurətinin, dini mənəviyyata lazımi diqqət yetirilməsinin, cəmiyyətdə ziyalılıq mədəniyyətinin düzgün şəkildə möhkəmləndirilməsinin və cəmiyyətin əxlaqiləşdirilməsinin olduqca mühüm məqamlar olduğunu deyərək qeyd etdi: “Bu olduqca mühüm və həlledici məsələləri gənc ziyalıların dilindən eşidən hər bir düşüncəli, uzaqgörən və məsuliyyətli insanda əminlik yaranır ki, İslami dövlət quruluşunun pak, çirkinliklərdən uzaq şəcərəsi və bu nəcib toplum açıq-aydın hiss olunan maddi, mənəvi, elmi və əxlaqi tərəqqinin işığında qarşısına qoyduğu bütün məqsədlərə hökmən çatacaq”.
İslam inqilabının Rəhbəri bəzi həqiqətlərin tədricən aydınlaşdığına işarə edərək dedi: “Reallıq budur ki, İslam dövləti son 30 il ərzində baş vermiş enişli-yoxuşlu hadisələrdən, o cümlədən yaxın keçmişdə baş verən siyasi olaylardan keçib gələrək, dünyanın müxtəlif siyasi, təhlükəsizlik, kütləvi informasiya və təbliğat agentliklərinin həyata keçirdikləri ardıcıl, hərtərəfli və misli görünməmiş hücumlarına qarşı bir növ müqavimət gücünü nümayiş etdirmiş, güclü və toxunulmaz bir sistemə çevrilmişdir”.
Həzrət Ayətullah Xamenei İran xalqının düşmənlərinin bu xalqa qarşı məkrli planlarının inkaredilməz reallıq adlandıraraq xatırlatmışdır ki, əlbəttə bu məkrli planların içərisində, episentrində və onlarla eyni cəbhədə durmuş bir şəxs bundan xəbərsiz ola bilər, lakin bu, gerçəkliyi dəyişmir.
Ali Məqamlı Rəhbəri qalmaqal törətməyin və boşboğazlığın problemlərin daha da mürəkkəbləşməsinə səbəb olduğunu demiş, prezident seçkilərindən öncə və sonra baş vermiş bəzi məsələlərə toxunaraq qeyd etdi: “Həqiqi fikir azadlığı ali təhsil ocaqlarında azad fikir, siyasət və informasiya tribunalarının yaradılması, tələbələrin haqqı və həqiqəti dərk etmək üçün məntiqi mübahisəsi ilə reallaşacaq”.
Həzrət Ayətullah Xamenei məntiqi polemikaların, düşmənin provokasiya və təbliğatına uymamağı, müxtəlif fikirləri dinləmək, azad düşünərək ən yaxşı olanını seçə bilmək bacarığını həqiqi tərəqqinin təməli və gerçək azadlığın elementləri adlandırmışdır. O, həmçinin vurğuladı: “Əks təqdirdə eynilə seçkidən öncəki qalmaqallar seçkidən sonrakı qalmaqallarla nəticələndiyi kimi (xüsusilə də, əgər hadisələrin gedişinə yadelli əllər də müdaxilə edərsə) müxtəlif xoşagəlməz olaylar və iğtişaşlar törədilə bilər”.
Həzrət Ayətullah Xamenei səsləndirilən tənqidlərdə vicdan və insaf meyarını olduqca zəruri adlandıraraq əlavə etdi: “Əlbəttə, əgər “Səda və Sima” dövlət televiziya və radiosu ölkədəki reallıqları və tərəqqini mükəmməl surətdə, doğru-düzgün və professionallıqla əks etdirə bilsəydi, gənc nəslin gələcəyə, xalqın səadət və başıucalığına ümidi hazırkından dəfələrlə artıq olardı. Lakin hər bir halda, konkret bir məsələ, yaxud dövlət orqanı ilə bağlı tənqidlər səsləndirilərkən insaf və vicdan da nəzərə alınmalıdır”.
Həzrət Ayətullah Xamenei hər hansı bir problemin əsas və ikinci dərəcəli mahiyyətinə diqqət yetirməməyi bəzi mətbuat orqanlarının insafsız yanaşmasının səbəblərindən olduğunu deyərək əlavə etdi: “Əlbəttə, ikinci dərəcəli məsələlər heç də az əhəmiyyətli deyil. Lakin seçkidən sonra baş verən olaylarda seçkinin əsl mahiyyəti, xalqın möhtəşəm, rekordları qıran iştirakı seçkinin əsas mahiyyətini təşkil edirdi, qalan məsələlər isə ikinci dərəcəli idi. Lakin bir qrup şəxs insafsızcasına tamamilə başqa cür davranış nümayiş etdirdilər”.
İslam İnqilabının Rəhbəri seçkinin əsl mahiyyətinin sual altına salınmasını böyük bir təqsir adlandıraraq bəzilərinin buna tamamilə etinasız qalmasını tənqid etmiş və əlavə etdi: “Elə seçkinin səhəri günü bəziləri heç bir dəlil və arqumentə əsaslanmadan belə bir möhtəşəm seçkini saxta adlandırdılar. Məgər bu kiçik bir günahdır?”
Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmən də öz növbəsində bu insafsızlıqdan maksimum istifadə etdi. Ölkənin daxilində də ilk başlanğıcdan İslam dövlətini qəbul etməyənlər elə qurumun özünə aid olan və meydanda “rejissorluq” edən bəzi ünsürləri əsas götürərək fürsəti qənimət bildilər, nəticədə o hadisələr baş verdi”.
İslam İnqilabının Rəhbəri pərdə arxasında baş vermiş bəzi məsələləri qeyd edərək, seçkidən sonrakı ilk saatlarda olaylara quruluş verib “rejissorluq” edən ünsürlərə müraciət olunduğunu qeyd edərək dedi: “Elə ilk saatlarda onlara xüsusi müraciət etdim ki, siz bəzi məsələlərə start vermək vəziyyətindəsiniz, lakin başqaları bundan sui-istifadə edəcəklər və siz olayları kontrol edə bilməyəcəksiniz. Belə də oldu! Halbuki siyasət meydanına daxil olan şəxslər mahir bir şahmatçı kimi gözləniləm gedişləri və dəyişiklikləri əvvəlcədən götür-qoy edib nəzərdə tutmalıdırlar”.
Həzrət Ayətullah Xamenei seçkidən sonra qılınmış cümə namazında səsləndirdiyi fikirlərə toxunaraq əlavə etdi: “Əvvəlcə xüsusi formada müraciət olundu və lazımi öyüd-nəsihət verildi. Lakin insan çarəsiz vəziyyətdə bəzi məsələləri açıqlamaq məcburiyyətində qalır”.