İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei etdiyi müraciətlə onlarla şiə və sünni qardaşın, o cümlədən İnqilab Keşikçiləri Korpusunun bir-neçə komandanının, xüsusilə də general Şüştəri və general Məhəmmədzadənin şəhid olması ilə əlaqədar təbrik və başsağlığı ünvanlayaraq vurğuladı: “İslam dövlətinin qüdrətli əli xalqın canına, malına və təhlükəsizliyinə təcavüz edənləri onların xəyanətkar əməllərinə layiq surətdə cəzalandıracaq!”
Müraciətin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Bəlucestanda törədilmiş qanlı terror hadisəsi bəzi imperialist dövlətləri tərəfindən himayə olunan, asayiş və birliyə düşmən kəsilmiş despotların simasını əvvəlkindən daha artıq aşkara çıxardı. Cəsur komandir, saf niyyətli şəhid Nurəli Şüştəri və ölkənin həmin məntəqəsində xidmət edən digər komandanlar kimi fədakar möminlərin, onlarla şiə, sünni, fars və bəluc qardaşlarımızın şəhid edilməsi İran xalqına, xüsusilə də Bəlucestan məntəqəsinə qarşı işlənmiş bir cinayətdir. Bu şərəfli insanlar bütün səy və təşəbbüslərini Bəlucestan məntəqəsinin quruculuğu və təhlükəsizliyinin təmin edilməsi işinə sərf etmiş, bu yolda sırf Allah naminə olan niyyətlə çalışmışlar.
Düşmənlər bilsinlər ki, bu yırtıcı əməllər İran xalqının və ölkə rəsmilərinin qarşılarına məqsəd qoyduqları izzət və iftixar yolunu – əslində elə İslam yolu, şeytanın qoşunlarına qarşı mübarizə yolu olan bu yolu qət etmək əzmini qıra bilməyəcək, İranda yaşayan etnosların, müxtəlif məzhəblərə etiqad bəsləyən insanların birlik və həmrəyliyinə zərbə vura bilməyəcəklər.
İmperialistlərin murdar və alçaq muzdurları da əmin olsunlar ki, İslam dövlətinin qüdrətli əli zülmə məruz qalmış həmin məntəqənin təhlükəsizliyi, oranın vəfalı insanlarının müdafiə olunması işində bir an belə olsun soyuqqanlılıq və diqqətsizlik etməyəcək, xalqın canına, malına və asayişinə təcavüz edənləri onların xəyanətkar əməllərinə layiqli şəkildə cəzalandıracaq.
Mən bu terror aktının qurbanlarının, xüsusən də həlak olmuş Korpus generalları Şüştəri, Məhəmmədzadə və digər əziz İnqilab Keşikçilərinin şəhid edilməsi ilə əlaqədar onların möhtərəm ailə üzvlərinə təbriklərimi və başsağlığı diləklərimi çatdırıram, Tanrıdan həlak olanlara Öz dərgahında ən ali dərəcələri nəsib etməsini, yaralıların isə tezliklə şəfa tapmasını dua edirəm.
Seyid Əli Xamenei