Ali Məqamlı Rəhbərin informasiya bloku

Seneqal prezidenti ilə görüş

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Seneqal Respublikasının prezidenti Abdullah Vadla görüşündə qeyd etdi ki, İslam ölkələri arasında yaxın münasibətlərin qurulması İİR-nın beynəlxalq miqyasda daim can atdığı məqsədlər sırasındadır. Ali Məqamlı Rəhbər iki ölkə arasında ticarət, sənaye və iqtisadi əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edərək bildirdi: “İran öz təcrübəsini və əldə etdiyi nailiyyətləri İslam ölkələri ilə paylaşmağa hazırdır”.

İslam İnqilabının Rəhbəri Seneqal Respublikasının İslam Konfransı Təşkilatına sədrlik etməsinə toxunaraq əlavə etdi: “Bu Konfransın yaradılmasında məqsəd Fələstin problemini ardıcıl olaraq diqqət mərkəzində saxlamaqdır. Buna görə də Fələstin probleminin həlli ilə bağlı özünəməxsus rol oynamaqda İslam Konfransı Təşkilatının öhdəsinə düşən məsuliyyət olduqca mühümdür. Bu gün həqiqətən də “Məzlum və tənha Fələstin” İslam dünyasında mətin, düzgün və düşünülmüş bir hərəkata ehtiyac duyur”.

Həzrət Ayətullah Xamenei imperialist dövlətlərin və bəzi müsəlman ölkələrinin sionist rejiminin arxasında durduğunu qeyd edərək dedi: “Müsəlman xalqları Fələstinə kömək etmək istəyirlər və İslam Konfransı Təşkilatı məzlum Fələstinlilərə dəstək olaraq Fələstin xalqının qəlbində ümid yaratmalıdır”.

Cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Seneqal Respublikasının prezidenti Abdullah Vad İİR-na səfərindən məmnun qaldığını bildirərək iki ölkə arasındakı həmkarlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək dedi: “İslam dünyasında İran İslam Respublikasının özünəməxsus mühüm mövqeyi var. Bu ölkənin İslam Konfransı Təşkilatındakı fəaliyyəti, əlbəttə ki, bu qurum və bütövlükdə İslam dünyası üçün dəyərli və faydalı olacaqdır”.          

Seneqal Respublikasının prezidenti və İslam Konfransı Təşkilatının sədri İİR-da sonuncu prezident seçkilərinin möhtəşəm surətdə baş tutmasından və seçkinin nəticələrindən məmnunluğunu ifadə etmişdir.

700 /