Ali Məqamlı Rəhbərin informasiya bloku

Dənizçilik Universitetinin tələbələri Ali Baş Komandan qarşısında təlim məşqləri keçirmişlər

Bu gün səhər imam Xomeyni (r.ə) adına Nouşəhr Dənizçilik Universitetinin zabit və tələbələri Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin qarşısında dənizdə tələbə təlim məşqləri keçirmişlər.

Müdafiə hazırlığının gücləndirilməsi və özünəinam hissinin artırılması imam Xomeyni (r.ə) adına Dənizçilik Universitetinin tələbələrinin dənizdə təlim məşqləri keçirməkdə qarşıya qoyduğu məqsədlərin sırasında önəmli yer almışdır.

Tələbə təlim məşqlərinin müxtəlif mərhələlərində Hərbi Dəniz Donanmasının Baş Komandanı lazımi izahlar vermişdir. Belə ki, bu tələbə təlim məşqlərinə eyni vaxtda həyata keçirilən paraşütçü-dalğıc əməliyyatı, sahildən müdafiə, qüvvələrin sahildən dənizə və əksinə “Holibern” əməliyyatı, ikinəfərlik sualtı gəmilərdən və sürətli qayıqlardan istifadə əməliyyatları da daxil idi.

Bu təlim məşqlərində “Sina” layihəsi çərçivəsində konstruksiya edilmiş “Derəfş” adlı üçüncü hərbi gəmi də Hərbi Dəniz Donanması birləşmələrinə qoşulmuşdur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Hərbi Dəniz Qüvvələrində təhsil alan tələbələrin mənəvi-psixoloji, elmi və müdafiə hazırlığı baxımından səviyyəsinin yüksəldilməsindən məmnunluğunu ifadə etmiş, eyni zamanda ordunun Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Səyyarinin səylərini yüksək qiymətləndirərək ona öz dərin təşəkkürünü bildirmişdir.

700 /