Ali Məqamlı Rəhbərin informasiya bloku

Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Xameneinin fərmanına əsasən:

İslam İnqilabı Keşikçiləri Korpusunda vəzifə postlarına yeni təyinatlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei ayrı-ayrılıqda verdiyi fərmanlarla səfərbərlik işi üzrə baş komandan, briqada generalı Məhəmmədrza Nəqdini “Gücsüzlərin Səfərbərlik Komitəsinin sədri” vəzifəsinə, baş komandan, keşikçi briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hicazini “Silahlı Qüvvələrin Baş Qərargahının ordunun sənaye baxımdan hazırlığı, mühafizəsi və sənaye tədqiqatları üzrə müavini” vəzifəsinə, baş komandan, keşikçi briqada generalı Hüseyn İslamini “İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı” vəzifəsinə, baş komandan, keşikçi briqada generalı Əmir Əli Hacızadəni “İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı” vəzifəsinə təyin etmişdir.

Fərmanların tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Səfərbərlik üzrə baş komandan, briqada generalı Məhəmmədrza Nəqdi,

Korpusun baş komandanının təklifinə əsasən və dəyərli iş təcrübənizi, layiqli xidmətlərinizi və işinizdə nümayiş etdirdiyiniz məsuliyyətliliyi nəzərə alaraq Sizi “Gücsüzlərin Səfərbərlik Komitəsinin sədri” vəzifəsinə təyin edirəm.

İslam İnqilabının ehtiyac duyduğu meydanlarda əhalinin, xüsusilə də sevimli gənclərin daha güclü və mütəşəkkil surətdə iştirakı üçün lazımi zəmin yaradılması yolunda ciddi səy və təşəbbüs göstərin. Həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin səfərbərliyə alınması üçün bu ümidləri elmə əsaslanan yenilikçi fəaliyyət sayəsində gerçəkləşdirin. 

Həmin məsuliyyəti yerinə yetirmək üçün tam ixlasla göstərdiyi səylərə görə Hüccətul-İslam Hüseyn Taibə öz təşəkkür və minnətdarlığımı bildirirəm. Uca Yaradandan hamınıza dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei


Mehriban və bağışlayan Allahın adı ilə!

Baş komandan, keşikçi briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hicazi,

Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin təklifinə əsasən, eləcə də qərargahdakı xidməti fəaliyyəti və hərbi əməliyyatlar zamanı əldə etdiyiniz dəyərli, faydalı təcrübəni nəzərə alaraq Sizi “Silahlı Qüvvələrin Baş Qərargahının ordunun sənaye baxımdan hazırlığı, mühafizəsi və sənaye tədqiqatları işi üzrə müavini” vəzifəsinə təyin edirəm.

Səfərbərlik üzrə baş komandan, briqada generalı Məhəmmədrza Nəqdiyə həmin vəzifə məsuliyyətlərini yerinə yetirdiyi müddət ərzində çəkdiyi dəyərli və safniyyətli zəhmətlərə görə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Uca Tanrıdan hamıya dəstək və yardımçı olmasını diləyirəm.

Seyid Əli Xamenei 


Mehriban və bağışlayan Allahın adı ilə!

Baş komandan, keşikçi briqada generalı Hüseyn İslami,

Korpusun baş komandanının təklifini, həmçinin bu günə qədər göstərdiyiniz yüksək­səviyyəli xidməti fəaliyyətinizi nəzərə alaraq Sizi “İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı” vəzifəsinə təyin edirəm.

Ümidvaram ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı kimi bu mühüm məsuliyyətin yerinə yetirilməsi işində bütün səy və təşəbbüsünüzü korpusa həvalə olunan döyüş tapşırıqlarının icrası üçün hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldəcəksiniz. Baş komandan, briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hicaziyə isə həmin vəzifə postunun məsuliyyətini yerinə yetirdiyi dövrdə göstərdiyi səylərə və çəkdiyi zəhmətlərə görə öz dərin təşəkkür və qədirdanlığımı ifadə edirəm.

Uca Tanrıdan hamınızın müvəffəqiyyətlərinin davamını diləyirəm.

Seyid Əli Xamenei 


Mehriban və bağışlayan Allahın adı ilə!

Baş komandan, keşikçi briqada generalı Əmir Əli Hacızadə,

İslam İnqilabının Keşikçiləri Korpusunun Baş Komandanının təklifinə əsasən, eləcə də keçmiş layiqli xidməti fəaliyyətiniz ərzində qazandığınız dəyərli təcrübəni nəzərə alaraq Sizi “İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələrinin komandanı” vəzifəsinə təyin edirəm. Ümidvaram ki, vəzifə borcunuza və xidməti nizamnaməyə dəqiqliklə riayət etməklə Hərbi Hava Qüvvələrinin hazırlığını və döyüş qabiliyyətini tələb olunan səviyyəyə çatdıracaqsınız.

Baş komandan, keşikçi briqada generalı Hüseyn İslamiyə bu günə qədər həmin vəzifə postunda göstərdiyi dəyərli səylərə görə öz təşəkkür və minnətdarlığımı bildirirəm.

Uca Yaradandan hamınıza dəstək və yardımçı olmasını diləyirəm.

Seyid Əli Xamenei,

İİR-nın Ali Məqamlı Rəhbəri

4 oktyabr, 2009-cu il

700 /