Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei

Hüccətul-İslam vəl-muslimin Şeyx Qurbanəli Deriyi Ərak şəhərinin İmam-cüməsi vəzifəsinə təyin etmişdir

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla Hüccətul-İslam vəl-muslimin Şeyx Qurbanəli Deriyi Mərkəzi vilayətdə Vəliyyi-fəqihin nümayəndəsi və Ərak şəhərinin İmam-cüməsi vəzifəsinə təyin etmişdir.

Fərmanın tam mətni:

Möhtərəm cənab Hüccətul-İslam Şeyx Qurbanəli Deriy,

Ərakın İmam-cüməsi postunda illərlə uğurlu fəaliyyət göstərmiş cənab Hüccətul-İslam Möhsini Qorkani hal-hazırda Ədliyyə sisteminə köçürüldükdən sonra elm və təqva kimi xüsusiyyətlərin hər ikisini özündə birləşdirən və uzun müddət İslam Respublikasının yüksək vəzifə postlarında İslam dininə və müsəlmanlara xidmət göstərmiş cənabınızı həmin şəhərin İmam-cüməsi və Mərkəzi vilayətdə öz nümayəndəm vəzifəsinə təyin edirəm. Ərak şəhəri dahi imam Xomeynimizin (r.ə) elmi baxımdan yetkinləşməsində mühüm rol oynamış ilk şəhərdir. Tarix boyu həmin vilayətin adı görkəmli şəxsiyyətlərin, elm və mədəniyyət sahələrinin, cihad hərəkatının dühalarının adı ilə sıx bağlı olmuşdur. Bu şəhərin və bu vilayətin mömin insanları İslam İnqilabından sonrakı dövrdə ölkəyə əvəzsiz xidmətlər göstərmiş, müxtəlif mərhələlərdə İslam İnqilabına və yüksək amallara  sədaqətli olduqlarını dəfələrlə sübuta yetirmişlər.

Ümidvaram ki, möhtərəm cənab öz elmindən, təqvasından və malik olduğu təcrübədən lazımınca bəhrələnərək  canıyanan və daim xidmət göstərməyə hazır olan bir müəllim kimi həmin yüksək postda maarifləndirmə və düzgün istiqamətləndirmə işinə başlayacaq, habelə din, əxlaq və öhdəsinə düşən vəzifənin məsuliyyətini dərketmə yolunda hamıya, xüsusilə də əziz və inqilabi əhval-ruhiyyəli  gənclərimizə bələdçilik edəcəkdir.

Uca Yaradandan sizə yardımçı olmasını və müvəffəqiyyətlərinizin davamını diləyirəm.     

Seyid Əli Xamenei

1 oktyabr, 2009-cu il

700 /