Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Şəhidlərin xatirəsi iranlı şəxsiyyətinin bədəninə köçürülən qan kimi həyatvericidir

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Müqəddəs Müdafiə Hərəkatı dövründə şəhid olmuş və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə xalqa ünvanladığı müraciətdə şəhidləri İran tarixinə qızıl hərflərlə yazılmış bu mərhələnin simvolu adlandıraraq bildirmişdir: “Canını və həyatını qurban verməklə mömin İran xalqının parlaq incisini üzə çıxarmış əziz və uca məqamlı şəhidlərin xatirəsi həyatvericidir”.

Ali Məqamlı Rəhbərin həmin müraciəti bu gün günortadan sonra “Beheşte Zəhra” adlı şəhid məzarlığında keçirilmiş şəhidlərin məzarlarını ziyarət etmə, silib-təmizləmə, ətir və güllər səpmə  mərasimində Şəhidlər və Vətən Fədakarları Fondunda Vəliyyi-fəqihin nümayəndəsi olan  Məhəmməd Hüseyn Rəhimiyan tərəfindən oxunmuşdur.

Müraciətin tam mətni:

İran xalqının Müqəddəs Müdafiə Hərəkatında yaratdığı tarixi qəhrəmanlıq salnaməsi bu İlahi diyarın əhalisinin malik olduğu böyük insan potensialının zirvəsini nümayiş etdirməkdədir. Olaylarla dolu olan bu dövrün dünya aynasında İran xalqının müqavimət və şücaət qabiliyyəti, təşəbbüs və novatorluq bacarığı, dərin müdriklik və comərdlik xüsusiyyətləri, fikir və emosiyalarının çulğalaşması, İran insanına məxsus təmiz xislət və saf, aydın düşüncə, hər şeydən öncə isə, bu monoteist xalqın Allaha münasibətdə böyük, hərəkətverici və təbəddülatlar yaratmağa qadir olan imanı öz əksini tapdı.

Tarixə qızıl hərflərlə yazılmış bu dövrün simvolu məhz canını qurban verməklə bu uca binanın möhkəm təməlini qoymuş, bu mömin xalqın parlaq incisini üzə çıxarmış əziz və uca məqamlı şəhidlərdir. 

Onların xatirəsi iranlı şəxsiyyətinin bədəninə köçürülən qan kimi həyatvericidir. Bu əziz xatirəni daim yaşatmaq və davam etdirmək lazımdır.

Şəhidlərin hamısına, onların səbirli ailə üzvlərinə və haqq yolunda canını fəda etmiş bütün insanlara Allahın salamı olsun!

Seyid Əli Xamenei

24 sentyabr, 2009-cu il

700 /