Ali Məqamlı Rəhbərlik Baş İdarəsi məlumat verərək bildirmişdir ki, sabah – 29 şəhrivər 1388-ci il şəvval ayının 1-i və mübarək Ramazan bayramıdır.
Məlumatın tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Əziz xalqımızın mübarək Ramazan ayında etdiyi ibadət və itaətlərin qəbul olunması diləyi ilə şərəfli İran xalqına məlumat verilir ki, mötəbər və mütəxəssis müşahidəçilərin ölkənin bir neçə məntəqəsindən göndərdiyi məlumata əsasən 28 şəhrivər 1388-ci il, şənbə günündə (1430-cu hicri-qəməri ili, mübarək Ramazan ayının 29-na müvafiqdir) səmada yeni ayın – şəvval ayının hilalı müşahidə edildiyi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei üçün dəqiq surətdə müəyyənləşmiş və Aliməqam Rəhbər sabahkı günün – 1388-ci il şəhrivər ayının 29-nun mübarək Ramazan bayramı günü olduğunu buyurmuşdur.
Şərəfli İran xalqını, bütün qardaş və bacılarımızı bu mübarək bayram münasibətilə səmimi-qəlbdən təbrik edərək diqqətinizə çatdırırıq ki, ölkənin dörd bir yanında təntənəli surətdə bayram namazları qılınacaq.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi