Bu gün axşam görkəmli incəsənət xadimlərindən, rejissorlardan, ssenari müəllifi və yazıçılardan, şairlərdən – bir sözlə, ədəbiyyat və incəsənət sahələrinin Müqəddəs Müdafiə Hərəkatı mövzusu istiqamətində çalışan fəal xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər.
Görüşün əvvəlində aşağıda adları sadalanan mədəniyyət və incəsənət xadimləri çıxış edərək bir sıra mühüm məqamlara toxunmuş, habelə müxtəlif mədəniyyət və incəsənət sahələri, xüsusilə də öz fəaliyyətində Müqəddəs Müdafiə Hərəkatı mövzusuna böyük əhəmiyyət verən incəsənət sahələri ilə bağlı rəy və düşüncələrini ifadə etmişlər:
– Həbib Əhmədzadə – yazıçı romanist, Müqəddəs Müdafiə Hərəkatı mövzulu ədəbiyyat sahəsinin film ssenaristi;
– Murtəza Sərhəngi – Müqavimət Ədəbiyyatı və İncəsənəti Baş İdarəsinin məsul nümayəndəsi;
– İnsiyə Şah Hüseyni – Müqəddəs Müdafiə mövzulu filmlərin rejissoru və filmmeykeri;
– Həmid Şərifi – təcəssüm etdirmə sənətləri üzrə incəsənət xadimi;
– Səid Qasimi – Müqəddəs Müdafiənin mədəniyyət sferasının fəallarından və başçılarından biri;
– Fərasəti – kino və televiziya tənqidçisi;
– Səngəri – Müqəddəs Müdafiə ədəbiyyatı sahəsində tədqiqatçı;
– Məcid Məcidi – kinorejissor;
– Nadir Talıbzadə – sənədli film rejissoru;
– Seyid Mehdi Şücai – roman və dramaturgiya ədəbiyyatı sahəsində yazıçı;
– Hüseyn Müsafir Astane – teatr sahəsinin fəallarından biri;
– Məsud Deh Nəməki – kinorejissor.
Yuxarıda adları sadalanan bu incəsənət xadimləri başlıca olaraq aşağıdakı məsələlərə toxunmuşlar:
– Müqəddəs Müdafiə ədəbiyyatının tədqiqat və araşdırma işinə ehtiyac duyması;
– İncəsənət müstəvisində Müqəddəs Müdafiəyə Hərəkatına dəqiq və hərtərəfli baxışın keçirilməsi;
– Mədəniyyət və incəsənətin başlıca strategiyasının işlənib hazırlanmasının zəruriliyi;
– Mədəniyyət və incəsənət sahələrində rəhbər vəzifələrə işçilər təyin olunarkən incəsənətlə yaxından tanış olan şəxslərdən səmərəli istifadə;
– Müxtəlif mədəniyyət və incəsənət mərkəzləri, o cümlədən bu sahədəki fəaliyyətlər arasında birlik və həmkarlığın yaradılmasının zəruriliyi;
– Mədəni özfəaliyyət təşkilatlarına daha çox diqqət yetirilməsi;
– Ölkənin əsas proqram layihələri sırasında mədəniyyət proqramının tutduğu yerin açıqlanması;
– Məsul şəxslərin mədəniyyət və incəsənət sahəsində məşvərət və qarşılıqlı müzakirələrə əvvəlkindən daha da çox diqqət və təşəbbüs göstərməsi;
– “Festival” xəstəliyindən və Qərbdə keçirilən festivalların tələsinə düşməkdən çəkinmək;
– Müqəddəs Müdafiə ədəbiyyatının fəal xadimlərinin daha da ciddi şəkildə himayə olunması;
– Müqəddəs Müdafiə ədəbiyyatı sahəsinə dair mədəniyyət və incəsənət əsərlərinin tərcümə olunmasına xüsusi diqqət yetirilməsi;
– Ən qısa zamanda ölkənin mədəni planının konkret olaraq müəyyənləşdirilməsinin vacibliyi;
– İslam İnqilabı və Müqəddəs Müdafiə ədəbiyyatı sahəsində informasiya bankı sisteminin yaradılmasının zəruriliyi;
– Mədəniyyət sferasının siyasiləşdirilməsindən çəkinmək;
– İslam İnqilabı və Müqəddəs Müdafiə ədəbiyyatı nəzəriyyəsi kafedralarının yaradılması;
– Mədəniyyət və incəsənət sahələrində gənc istedadların himayə edilməsi;
– İslam İnqilabının amallarına və dəyərlərinə daha çox diqqət yetirilməsi, habelə gözdən pərdə asmaq və şüarçılıqdan ciddi surətdə çəkinmək;
– Müxtəlif sahələrdə rəsmiyyətdən uzaq və ciddi tənqidlər üçün münasib olan zəminin yaradılması;
– Sənədli film istehsalına, maraqlı və diqqətəlayiq sənədli filmlərin ərsəyə gəlməsinə daha çox diqqət və təşəbbüs göstərmək;
– İncəsənət nümunələrində şəhidlərin xarakter və xüsusiyyətlərinin daha çox əks olunmasına xüsusi diqqət yetirilməsi;
– Tamaşaçı auditoriyası üçün nəzərdə tutulan incəsənət nümunələrinin daha da ciddi surətdə himayə edilməsi.
Bu görüşdə Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Hərəkatı illəri ilə bağlı incəsənət fəaliyyətini ən yüksək incəsənət istiqaməti adlandıraraq vurğuladı: “Səkkiz illik Müqəddəs Müdafiə Hərəkatı illərinin parlaq xarakter və simalarını özündə toplayan incəsənət xəzinəsinin yaradılması və onun xalqa çatdırılması böyük bir qəhrəmanlıqdır. Şübhəsiz ki, bu, möhtəşəm Müqəddəs Müdafiə Hərəkatı qədər böyük təsirə malik olacaqdır”.
İslam İnqilabının Rəhbəri 8 il davam etmiş Müqəddəs Müdafiə Hərəkatının adi tarixi etap olmadığını təkidlə bildirərək əlavə etdi: “8 illik Müqəddəs Müdafiə Hərəkatı özündə ali insan xarakterlərini, yüksək mədəniyyəti, parlaq əqidə və təfəkkürü birləşdirir. Bu barədə söz açanlar, Müqəddəs Müdafiə Hərəkatı illərini əks etdirənlər mükəmməl gözəllik və möhtəşəmliyin təzahür etdiyi aynaya bənzəyirlər”.
Həmçinin Həzrət Ayətullah Xamenei belə qeyd etdi: “8 illik Müqəddəs Müdafiə Hərəkatı, əslində, tarixi qəhrəmanlığın, mənəviyyat və dindarlığın, yüksək amallara doğru can atmanın, fədakarlığın, mübarizə və mətanətin, müdrikliyin, çiçəklənən istedad və potensialların ən gözəl təzahürüdür”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqəddəs Müdafiə Hərəkatı barədə söz açan, bu illəri incəsənətdə əks etdirən hər bir şəxs həqiqətdə elə bir yüksək mənəvi dəyər və zirvələri vəsf etməkdədir ki, onlardan bəzisinə malik olan hər hansı bir xalq bununla sonsuz iftixar hissi duyur”.
İslam İnqilabının Rəhbəri ədəbiyyat və incəsənət sahəsində Müqəddəs Müdafiə mövzusu istiqamətində görülən işlərdə müsbət irəliləyişlərin əldə olunduğunu da bildirərək dedi: “Müqəddəs Müdafiə Hərəkatı mövzusuna toxunan incəsənət əsərləri – filmlər, kitablar, xatirə və romanlar İslam İnqilabından sonra cəmiyyətdə özünə ən çox diqqəti cəlb etmiş incəsənət əsərləridir. Elə buna görə də bu sahəyə mümkün qədər çox əmək və maliyyə vəsaiti sərf olunmalıdır”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə illəri mövzusuna toxunan incəsənət əsərlərinin beynəlxalq miqyasda öz əksini çox az-az tapmasını bu sahənin nöqsanlarından biri kimi qeyd edərək dedi: “Əlbəttə, beynəlxalq festivalların yürütdüyü siyasət İslam İnqilabının və Müqəddəs Müdafiə Hərəkatının dəyərlərinə tamamilə ziddir. Lakin oxucu və tamaşaçı kütləsi yalnız festivallarla məhdudlaşmır”.
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə Hərəkatı mövzusuna toxunan ədəbiyyat və incəsənət sahələrinin fəallarına tədqiqat və araşdırmalar aparmağı, sənədləri qoruyub-saxlamağı tövsiyə edərək əlavə etdi: “Mədəniyyət və incəsənət sahəsində çalışan rəhbər işçilər Müqəddəs Müdafiə Hərəkatı mövzusuna yönəlmiş incəsənət sahələrinin fəal xadimlərinin rəy və görüşlərindən əvvəlkindən daha da artıq istifadə etməlidirlər”.
İslam İnqilabının Rəhbəri incəsənət xadimlərinin cəmiyyətdəki problemlərə özünəməxsus incə ruh və açıq gözlə baxmasına da işarə edərək vurğuladı: “İncəsənət xadimləri diqqət yetirməlidirlər ki, onların realist baxışları və həssas ruhu pessimist əhval-ruhiyyənin yaranmasına səbəb olmasın. Belə ki, ölkənin mədəniyyət və incəsənət sferasında çalışqan, yorulmaq bilməyən, yaradıcı və gələcəyə inamla baxan insanlara böyük ehtiyac var; bu səbəbdən çatışmazlıqlarla yanaşı müsbət cəhətləri də görmək lazımdır”.
Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra isə iştirakçılar İslam İnqilabının Rəhbəri ilə birlikdə iftar etdilər.