Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Əlinin şəhadətinin ildönümünə təsadüf edən vaxtda

Tehran şəhərində Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılınacaq

Vahid və yeganə Allaha sitayiş edən möminlərin rəhbəri Həzrət Əlinin (ə) şəhadətinin ildönümünə təsadüf edən bir vaxtda Tehran şəhərində bu həftənin cümə namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq.

Tehran Cümə Namazı Qərargahı bu barədə elan vermişdir: “Mübarək Ramazan ayının 21-ci günündə – müttəqilərin rəhbəri Əmirəl-möminin Həzrət Əlinin (ə) şəhadətinin ildönümündə Tehran şəhərində bu həftənin cümə namazı müsəlmanların Vəliyyi-əmri Həzrət Ayətullah Xameneinin imamətliyi və oruc tutan çoxsaylı möminlərin geniş iştirakı ilə Tehran universitetində qılınacaq”.

700 /