İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hüccətul-İslam vəl-müslimin cənab Seyid Əbdüləziz Həkimin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.
Başsağlığı müraciətinin mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Böyük təəssüf və kədərlə İraq Ali İslam Məclisinin sədri, Hüccətul-İslam vəl-müslimin cənab Seyid Əbdüləziz Həkimin fani dünyaya vida edərək əbədi dünyaya köç etməsi barədə xəbər tutduq.
İraq dövləti və xalqı üçün bu, böyük bir matəm, İslam Respublikası üçün isə faciəli bir itkidir. Cənab Seyid Əbdüləziz Həkim şiə əhlinin böyük mərceyi-təqlidi olan mərhum Ayətullahul-uzma Seyid Mohsen Həkimin hər biri məhsuldar həyat və fəaliyyət yolu keçmiş, İraqda vaxtilə hakimiyyətdə olan qəddar BƏSA rejiminə, habelə imperializm ünsürlərinə qarşı mübarizə yolunda şəhidlik şərbətini içmiş, yaxud bu böyük cihadın olduqca çətin sınaqlarına sinə gərmiş övladlarından sonuncusu idi.
Bu mücahid ruhaninin istər İranda yaşadığı müddətdə, istərsə də Səddam hökumətinin süqutundan sonra öz ölkəsinə qayıtdığı dövrdə İraq Milli Hökumətinin təşkil edilməsi yolunda göstərdiyi xidmətlər misilsiz və unudulmazdır.
Mən bu faciəli hadisədən doğan sonsuz təəssüf hissi ilə bütün qardaş İraq xalqına, İraq dövlətinə və İraq Ali İslam Məclisinə, Seyid Əbdüləziz Həkimin möhtərəm ailə üzvlərinə, xüsusilə mərhumun məhsuldar fəaliyyət göstərən layiqli övladlarına, şəxsən cənab Seyid Əmmar Həkimə özümün səmimi başsağlığı diləklərimi yetirirəm. Uca Yaradandan o mərhuma Öz rəhmət və bağışlamasını, İraq dövlətinə və İraq xalqına isə tərəqqi və başıucalığı nəsib etməsini diləyirəm.
Seyid Əli Xamenei
5 şəhrivər, 1388-ci il
5 ramazan, 1430-cu il
26 avqust, 2009-cu il