İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Ayətullah Hacı Seyid Mahmud Haşimi Şahrudinin Nəzarət Şurasının fəqih üzvü və Qurum Mənafeyini Müəyyənləşdirmə Şurasının üzvü təyin edilməsi barədə fərman vermişdir.
Fərmanın tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Cənab Ayətullah Hacı Seyid Mahmud Haşimi Şahrudi,
Məhkəmə Hakimiyyətində məsuliyyət dövrünüzün başa çatması ilə əlaqədar, eyni zamanda möhtərəm cənaba – Sizə həmin strukturda göstərdiyiniz aramsız xidmət və səylərə görə dərin təşəkkür və qədirdanlığımı ifadə edərək Konstitusiyanın 91-ci maddəsinə əsasən Sizi qanunla müəyyən edilmiş müddətə Nəzarət Şurasının üzvü, həmçinin cari beşillik müddətə Qurum Mənafeyini Müəyyənləşdirmə Şurasının üzvü təyin edirəm.
Uca Yaradandan diləyim budur ki, Sizə bu həssas və əhəmiyyətli məsuliyyətin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün dəstək olmaqda davam etsin!
Seyid Əli Xamenei
26 mordad, 1388-ci il
17 avqust, 2009-cu il