Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

ABŞ və bəzi xarici müdaxiləçilər Fars körfəzi regionunu rahat buraxmır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Oman şahı cənab Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə son 30 il ərzində İİR ilə Oman arasında mövcud olmuş əlaqələri müsbət dostluq və qardaşlıq münasibətləri kimi qiymətləndirərək xüsusilə  vurğuladı: “İki ölkə arasında dini, coğrafi mövqe və tarixi baxımdan sıx müştərək olan cəhətləri nəzərə alaraq qeyd etmək olar ki, ölkələrimiz arasında həmkarlıq əlaqələrinin daha da genişləndirilməsi üçün olduqca münasib zəmin mövcuddur”.

Ali Məqamlı Rəhbər İran və Oman dövlətləri arasında dünyanın ən həssas koridorlarından birinin yerləşməsinə işarə edərək və bu baxımdan təhlükəsizliyin Fars körfəzi regionu üçün ən mühüm məsələ olduğunu bildirərək əlavə etdi: “ABŞ və bəzi xarici müdaxiləçilər Fars körfəzi regionunu heç bir zaman rahat buraxmır, daim regionda qeyri-sabit və şübhəli vəziyyətin yaranması üçün çalışırlar”.

Həmçinin İslam İnqilabının Rəhbəri xatırlatdı: “Fars körfəzi regionuna aid olan ölkələr birgə həmkarlıq şəraitində regiondakı sabitliyi təmin etməklə birlik və həmrəylik üçün əvvəlkindən daha da artıq münasib zəmin yaratmalıdırlar”.

İİR-in prezidenti cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bugünkü görüşdə Oman şahı Sultan Qabus İrana səfərindən və İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşündən hədsiz məmnunluq hissi keçirdiyini bildirərək  dedi: “İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün son dərəcə əlverişli bir zəmin mövcuddur. Tehranda baş tutmuş görüşlərdə bu məsələ ilə əlaqədar, xüsusən də iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparıldı”.

Oman şahı Sultan Qabus İslam İnqilabı Rəhbərinin regionda sabitliyin və təhlükəsizliyin təmin olunması barədə səsləndirdiyi fikirlərə də toxunaraq dedi: “Region ölkələri regionun ümumi maraqlarını və günü-gündən genişlənən həmkarlıq əlaqələrini nəzərə alaraq daimi sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün lazımi zəmin hazırlamalıdırlar”.

700 /