İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Muhəmməd Fərzəndənin növbəti dəfə beşillik mərhələdə Yoxsullar Fondunun sədri vəzifəsinə təyin edilməsi barədə fərman vermişdir.
Fərmanın tam mətni:
“Cənab Muhəmməd Fərzəndə,
Sizin və həmkarlarınızın işinizdə göstərdiyinizin səyləri və əldə etdiyiniz nailiyyətləri nəzərə alaraq Sizin Yoxsullar Fondunun sədri postunda fəaliyyətinizi davam etdirməyinizi zəruri hesab edirəm. Möhtərəm cənabın Yoxsullar Fondunun sədri vəzifəsini həyata keçirməsi üçün səlahiyyətləri daha bir növbəti mərhələdə – 31 tir 1388-ci il tarixindən etibarən 5 il müddətinə uzadılır.
İnanıram ki, Yoxsullar Fondunun Nizamnaməsi çərçivəsində haqqında məlumatlandırıldığınız digər təlimatlara və İslam Respublikasının ümumi strategiyasına uyğun olaraq mövcud olan bütün imkanlardan və şəraitdən bəhrələnmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Ümidvaram ki, yoxsul və aztəminatlı əhalinin layiqincə xidmətində duracaq, habelə onların maddi və mənəvi rifahının yüksəldilməsində, Fondunuzun qarşıya qoyduğu ali məqsədlərə çatmaqda Tanrı Sizə yardımçı olacaq!”
Seyid Əli Xamenei
28.07.2009