Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Əbulfəzl Abbasın (ə) mübarək doğum günü münasibətilə

İslam İnqilabı uğrunda fədakarlıq göstərmiş əlil və veteranlara minnətdarlıq bildirildi

Həzrət Əbulfəzl Abbasın (ə) mübarək doğum günü və Veteranlar gününə təsadüf edən bir vaxtda İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran şəhərinin müxtəlif  məntəqələrində yaşayan  bir sıra əlil və veteranlara baş çəkmək üçün Huccətül-İslam vəl-muslimin Rəhimiyan, Təqəvi və İbrahimi cənablarının başçılığı ilə üç nümayəndə heyətini  ezam etmişdir.  Nümayəndə heyətlərinin üzvləri əlil və veteranlarla söhbət etmiş, onların həyat şəraiti, gündəlik  işləri, qayğı və problemləri ilə tanış olmaqla yanaşı  İslam İnqilabı uğrunda  həyatını riskə ataraq yüksək fədakarlıq göstərmiş bu insanlara öz təşəkkür və qədirdanlıq hisslərini ifadə etmişlər.  

700 /