Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərlik Məqamından:

İsfəndiyar Məşayinin Prezidentin birinci müavini vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş

İsfəndiyar Rəhim Məşayinin ölkə prezidentinin birinci müavini vəzifəsinə təyin edilməsinin ardınca Ali Rəhbərlik Məqamı Prezidentə ünvanladığı məktubda cənab Məşayinin həmin postdan uzaqlaşdırılması barədə göstəriş vermişdir.

Məktubun tam mətni:

“Allahın adı ilə!

İran İslam Respublikasının möhtərəm prezidenti cənab Əhmədi Nejad,

Sizə öz salamımı və salamatlıq diləklərimi yetirərək bildirirəm ki, cənab İsfəndiyar Rəhim Məşayinin ölkə prezidentinin müavini vəzifəsinə təyin edilməsi Siz – möhtərəm cənab və dövlət üçün məqsədəmüvafiq deyil. Bu, Sizi sevən, Sizi dəstəkləyən insanların arasında ixtilaf yaradıb onları məyus edə bilər.

Buna görə də cənab Məşayinin vəzifə postuna təyini ilə bağlı qərarın ləğv edilməsi və qüvvədə olmadığı barədə elan edilməsi lazımdır”.

Seyid Əli Xamenei

25.07.2009

700 /