İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün imzaladığı fərmanla Hüccətul-İslam cənab Hacı Seyid Muhəmmədəli Ali Haşimi İran İslam Respublikası Ordusunun İdeologiya və Siyasət Komitəsinin sədri vəzifəsinə təyin etmişdir.
Ali Rəhbərlik Məqamının verdiyi fərmanın tam mətni:
“Mehriban və bağışlayan Allahın adı ilə
Cənab Hüccətul-İslam Hacı Seyid Muhəmmədəli Ali Haşim,
Layiqli, məsuliyyətli əmək fəaliyyətinizi və dəyərli iş təcrübənizi nəzərə alaraq sizi İran İslam Respublikası Silahlı Qüvvələrinin İdeologiya və Siyasət Komitəsinin rəhbəri vəzifəsinə təyin edirəm.
Ümidvaram ki, orduda ideologiya və siyasi əqidə, eyni zamanda dini maarifləndirmə istiqamətində fəaliyyət göstərmək üçün formalaşmış münasib zəmindən yararlanmaqla yeni metodikalar tətbiq ediləcək, həmçinin Silahlı Qüvvələrin mənəviyyat və əxlaq baxımından diqqətəlayiq səviyyədə yüksəlişinə nail olunacaq.
Əmək fəaliyyəti dövründə göstərdiyi olduqca dəyərli xidmətlərə görə cənab Hüccətul-İslam Ələviyə öz dərin təşəkkürümü və qədirdanlığımı ifadə edirəm.
Uca Yaradana hamıya dəstək olması üçün dualar edirəm!”
Seyid Əli Xamenei
19.07.2009