Ali Məqamlı Rəhbərin informasiya bloku

Bu həftə Tehranda cümə namazı Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq

Bu həftə Tehran şəhərində cümə namazı İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi, xalqın müxtəlif təbəqələrindən olan nümayəndələrin və məsul vəzifələrdə çalışan şəxslərin geniş iştirakı ilə qılınacaq. 

Tehran Şəhər Cümə Namazı Qərargahı bu barədə verdiyi məlumatda geniş xalq kütləsini bu həftə Tehran Universitetində qılınacaq cümə namazında iştirak etməyə dəvət edərək təkidlə bildirmişdir: “Bu həftə qəlbi Allah sorağında olan mömin insanların cümə namazında izdihamlı iştirakı birlik və həmrəyliyin, imam Xomeyni (r.ə) amalları ilə yenidən əhd-peyman bağlamanın, həmçinin müsəlmanların Ali Məqamlı Rəhbəri olan Həzrət Ayətullah Xameneinin rəhbərliyini səmimi-qəlbdən qəbul etmənin ən gözəl təzahürü olacaq”.

 

 

700 /