Ali Məqamlı Rəhbərin informasiya bloku

İİR-ın Ali Məqamlı Rəhbərinin iştirakı ilə

Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə həsr olunmuş matəm mərasimi keçirildi

İki aləmin seçilmiş xanımı, Siddiqeyi-Tahirə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhid olduğu gecə imam Xomeyni (r.ə) adına hüseyniyyə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, habelə xalqın müxtəlif təbəqələrinin və dövlət nümayəndələrinin  iştirakı ilə keçirilən Ummul-əimmənin xatirəsinə həsr edilmiş hüzn və kədərlə dolu əza mərasiminin şahidi oldu. 

Məğrib və işa namazlarından sonra başlayan bu mərasimdə çıxış edən natiq və Peyğəmbər Əhli-beytinin (ə) məddahı əzəmətli İslam Peyğəmbərin (s) sevimli qızı Həzrət Zəhranın (s.ə) ali şəxsiyyətindən, onun yüksək tərifə və təqdirə layiq keyfiyyətlərindən, xidmətlərindən, həmçinin çəkdiyi müsibətlərdən danışdı.

İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimənin (s) xatirəsinə həsr olunan əza mərasimi xordad ayının 4-ü – bazar ertəsi başlamış və bu mərasim 1388-ci il xordad ayının 8-i – cümə gününə qədər davam edəcək.

700 /