İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xürrəmşəhrin fəth olunması kimi tarixi bir hadisənin ildönümü münasibətilə Hərbi Tribunal tərəfindən mühakimə olunmuş 80 nəfər hərbi dustağın əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında fərman imzalamışdır.
Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudi “Əfv və Amnistiya Baş İdarəsi”ndə şəxsi işləri araşdırılmış, lazımi tələblərə cavab verdiyi müəyyən edilmiş 80 nəfər məhkumun əfv edilməsi və cəzasının yüngülləşdirilməsi barədə xahiş məktubu ilə müraciət etmiş, Ali Məqamlı Rəhbərlik isə həmin məktuba müsbət cavab vermişdir.