Dünya şiələrinin dünyadan köçmüş mərceyi-təqlidi, ruhani alim, dəyərli və möhtərəm fəqih, ziyalı arif Ayətullahul-üzma Behcətin nəcib ruhuna Allah-Taaladan rəhmət diləmək, onun əziz xatirəsini anmaq məqsədilə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən bu gün səhər imam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabı Rəhbərinin şəxsən özünün iştirakı ilə mərasim keçirildi.
Ayətullahul-uzma Behcətin ailə üzvlərinin, yaxınlarının, habelə mərhum ruhani alimin baş ofisinin məsul işçilərinin, Məhkəmə Hakimiyyətinin, İslam Şurası Məclisinin, Qurum Mənafeyini Müəyyənləşdirən Komissiyanın rəhbər vəzifəli şəxslərinin, ölkə prezidentinin birinci müavininin, ruhani və ilahiyyatçı alimlərin, hökumətin və ordunun səlahiyyətli nümayəndələrinin, həmçinin xalqın müxtəlif təbəqələrindən olan insanların iştirak etdiyi bu mərasimdə Qurani-Kərimdən ayələr oxunduqdan sonra Əhli-beyt (ə) məddahı pak və məsum Peyğəmbər Əhli-beytinin (ə) çəkdiyi müsibətlərlə yanaşı bu mənəvi-ruhani alimin vəfatına ithaf olunan mərsiyələr də oxudu.
Mərasimdə Hüccətul-İslam vəl-muslimin Fatimi Niya çıxış edərək Ayətullahul-üzma Behcətin keçdiyi ömür yoluna, onun dəyərli şəxsiyyətinin müxtəlif cəhətlərinə toxunaraq dedi: “Dünyadan köçmüş bu mərceyi-təqlidin simasında üsul, kəlam, fəlsəfə və ürfan elmləri baxımından, sözün əsil mənasında, həqiqi bir fəqihi müşahidə etmək olurdu”.
O, insanın həqiqi və əbədi səadətə yetişməsinə öz ruhunu kamilləşdirməsinə doğru gedən yolun bürhan, istidlal, daha sonra isə mücahidə və riyazətlərdən keçdiyini bildirərək əlavə etdi: “Bu dahi mərceyi-təqlidin arif bir şəxs olmasının rəhni onun fəqih olması idi”.
Hüccətul-İslam Fatimi Niya əlavə etdi: “Ayətullahul-üzma Behcət belə bir ali dini məqama mükəmməl ibadət və itaətkarlıqla yetişmişdi”.