Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Hər hansı hədəfi gerçəkləşdirən amil məhz verilən qərarlara əməl etməkdir

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü axşam Kürdüstan vilayətinin icraedici və administrativ orqanlarının rəhbərləri, o cümlədən həmin orqanlarda çalışan müxtəlif  məsul şəxslərlə görüşündə insanlara xidmət göstərməyin humanist dəyər, müqəddəs bir iş olduğunu söyləmiş, yorulmaq bilmədən qədirbilən İran xalqının xidmətində durmağı ölkənin bütün rəhbər işçilərinin, vəzifəli şəxslərinin öhdəsinə düşən ağır bir məsuliyyət adlandırmışdır.

Görüşdə Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinin əhalisinə xidmət göstərməyin müxtəlif baxımdan daha artıq savabı olan bir iş adlandıraraq əlavə etdi: “Kürdüstan vilayətinin məsul şəxslərin daha artıq qayğı və əməyinə ehtiyac duyması, habelə İslam quruluşunun əsil düşmənlərinin muzdurları olan qruplaşmaların əli ilə Kürdüstan vilayətinin əhalisi, məsul şəxsləri üçün əmələ gətirdiyi olduqca çətin şərait Kürdüstan camaatının xidmətində durmaq işinə dəfələrlə artıq İlahi savab qazandırır”.

İslam İnqilabının Rəhbəri Kürdüstan vilayətinin məxsul şəxslərinin bir daha diqqətinə çatdırdı: “Hər hansı hədəf və məqsədin reallaşmasında lazımi qərarların qəbul edilməsi mühüm mərhələdir. Lakin unutmayın ki, hər hansı hədəfi gerçəkləşdirən amil məhz verilən qərarlara əməl etməkdir. Buna görə də bölgə əhalisinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul olunmuş bütün bu qərarlara tam məsuliyyətlə yanaşın və ardıcıllıqla əməl edin”.

Həmçinin İslam İnqilabının Rəhbəri bu vilayətdə görülən işləri yüksək qiymətləndirərək və Kürdüstanın vilayət başçısından zəhmətkeş, fəal bir kadr kimi razı qaldığını bildirərək əlavə etdi: “Şəxsi müşahidələrimizdən, əhalidən əldə etdiyimiz məlumatlardan, eləcə də bölgəyə səfər zamanı bizi müşayiət edən heyət üzvlərinin yoxlamalarından məlum olur ki, hələ də məntəqədə bir sıra çatışmazlıqlar mövcuddur və onların aradan qaldırılması üçün ardıcıl səy və zəhmət tələb olunur”.

Həzrət Ayətullah Xamenei bölgəyə səfərlər nəticəsində dövlət tərəfindən verilən, o cümlədən nazirlərin iştirakı ilə iki gün əvvəl Sənəndəc şəhərində keçirilən iclas zamanı qəbul edilmiş qərarların mükəmməl şəkildə icra edilməsini vilayətin qayğı və problemlərinin həlli istiqamətində atılacaq əhəmiyyətli addımlardan biri hesab etdi, həmçinin Ali Məqamlı Rəhbər vilayət başçısına və müxtəlif dərəcəli rəhbər işçilərə üzünü tutaraq dedi: “Allah-Taalanın dəstəyinə arxalanıb xalqın köməyindən istifadə edərək  bu qərarları mükəmməl surətdə həyata keçirmək üçün qollarınızı çırmalayın! Əlbəttə, mərkəzi hakimiyyət orqanlarında çalışan vəzifəli şəxslər də sizdən öz yardımlarını əsirgəməməlidirlər!”

Həzrət Ayətullah Xamenei Kürdüstanda ehtiyac duyulan məsələlər sırasında bu vilayətin imanlı, sədaqətli əhalisi ilə ölkənin digər məntəqələrinin sakinləri arasında qarşılıqlı əlaqələrin, səmimi mənəvi-psixoloji münasibətlərin möhkəmləndirilməsini, vilayətin sənaye və kənd təsərrüfatı sektoruna investisiyanın cəlb edilməsini xüsusilə qeyd edərək bildirdi: “Vilayətin məsul şəxslərinin öhdəsinə bu sferada da ağır bir məsuliyyət düşür!”  

Həzrət Ayətullah Xamenei İslam İnqilabını “İlahi möcüzə” adlandıraraq əlavə etdi: “Bu sarsılmaz möcüzənin regionda və dünyada qoyduğu bərəkətli təsir hər gün daha da açıq-aydın duyulur. Ölkədə belə bir quruluşun keşiyində duran məsul şəxslərin öhdəsinə düşən olduqca həssas vəzifələr vardır. Həmin vəzifələr xüsusilə də zəhmət, xalqa xidmət və səy göstərməklə yerinə yetirilmiş hesab olunur”.

Görüşün əvvəlində Kürdüstanın vilayət başçısı çıxış edərək vilayətdəki müxtəlif göstəricilər barədə məlumat verdi: “Vilayətin inkişaf etdirilməsi üçün müxtəlif layihə və proqramlar təsdiq edilmişdir ki, onların həyata keçirilməsi nəticəsində Kürdüstan vilayəti dəyişilərək indikindən dəfələrlə üstün və fərqli bir sima kəsb edəcəkdir ”.

Həmçinin İslam İnqilabının Rəhbəri bu gün axşam Kürdüstan vilayətinin gənc ixtiraçı və novatorlarının seçilmiş layihələrindən 30-nun nümayiş etdirildiyi sərgiyə də baxış keçirmişdir.

700 /