Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei

“Vəl-fəcr 4” əməliyyatı zamanı həlak olmuş 4 naməlum şəhidin məzarını ziyarət etmişdir

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mərivan şəhərinə gəlişi münasibətilə Zərivar gölünün kənarında uyuyan, “Vəl-fəcr 4” əməliyyatı zamanı həlak olmuş 4 naməlum şəhidin məzarını ziyarət etmişdir.  Ali Məqamlı Rəhbər şəhidlərin məzarı önündə “Fatihə” surəsini qiraət etməklə yanaşı, həmin hərbi əməliyyatda iştirak etmiş döyüşçülərin, məzlum şəhidlərin şücaətini, igidlik və qəhrəmanlığını olduqca yüksək qiymətləndirərək təqdir etmişdir.

 Məxfi parolu “Ya Allah!” olan “Vəl-fəcr 4” əməliyyatı 1362-ci ildə Mərivanın qərb bölgəsində başlamış, 200 kvadrat kilometr ərazinin azad edilməsi və Mərivan şəhərinin düşmənin atəş xəttindən çıxarılması ilə nəticələnmişdir.

700 /