Ali Məqamlı Rəhbərin informasiya bloku

Kürdüstana səfərin 2-ci günündə:

Kürdüstan məntəqəsinin şəhid olmuş komandirlərinin ailə üzvləri ilə görüş

Bu gün axşam İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei  Kürdüstan məntəqəsində qəhrəmanlıq salnaməsi yaratmış sərkərdə, qoşun başçısı və komandirlərdən bir qrupunun ailə üzvləri ilə görüşmüşdür. Başdan-başa xoş ünsiyyət və sevinc dolu atmosferdə keçən bu səmimi görüşdə şəhidlərin əziz xatirəsi dərin məhəbbətlə anıldı, İslam İnqilabının Rəhbəri bu vüqarlı ailələrin vəziyyəti ilə maraqlandı, onların qayğı və problemləri ilə yaxından tanış oldu.

700 /