Ali Məqamlı Rəhbərin informasiya bloku

Kürdüstanda İslam İnqilabı Rəhbərinin qarşılama mərasimi:

Kürdüstan xalqı İslam İnqilabının Rəhbərinə ən səmimi hisslərini nümayiş etdirdi

“İslamın, İslam İnqilabının və İranın alınmaz qalası” olan Kürdüstan diyarı bu gün  İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini hədsiz sevinc və böyük şövqlə qarşıladı. Bu diyarın qəlbi sevgi ilə dolu olan mömin, qeyrətli və savadlı insanları Kürdüstanın tarixində misilsiz qəhrəmanlıq salnaməsinə imza atmış, həmçinin milli və inqilabi idealların müdafiəsi uğrunda aparılan mübarizədə sünni və şiələrin bərəkətli birliyini və həmrəyliyini mümkün olan ən gözəl formada təcəssüm etdirmişlər. 

Xalqın İslam İnqilabının Rəhbərini qarşılama mərasimi səhər saat 11-də Rəhbəri gətirən avtomobilin Pasdarane Sənəndəc (Sənəndəc müdafiəçiləri) prospektində yerləşən Milli Parkın qarşısından prospektə daxil olması ilə başladı. Günlərlə davam edən intizardan sonra Kürdüstan  camaatı ‒ cəsur, şücaətli kişi və qadınlar, yeniyetmələr və gənclər səmimiyyət və mehribanlıqla, böyük sevinc və şadyanalıqla “Allahu Əkbər” nidaları altında öz Rəhbərini qarşılamaq üçün onun görüşünə tələsdi. Rəhbəri qarşılamaq üçün yollara çıxmış xalq yerli adət-ənənəyə müvafiq formada Rəhbəri gətirən avtomobilin hərəkət etdiyi yolu böyük sevgi, məhəbbət və ehtiram ümmanına çevirdi.

Kürdüstan camaatının Həzrət Ayətullah Xameneini təntənəli surətdə qarşılaması hələ uzun müddət yaddaşlarda qalacaq. Qarşılama mərasiminin Pasdaran prospektindəki Milli Parkın önü ilə Azadlıq Meydanına qədər davam edəcəyi elan olunmuşdusa da, aeroportdan qarşılama mərasiminin başladığı yerə qədər, o cümlədən Cihad Meydanında və Kürdüstan Universitetinin önündə dəstə-dəstə camaat  toplaşmışdı. Xalq İslam İnqilabının Rəhbərinə qəlbdən gələn ən səmimi hisslərini nümayiş etdirdi.

İlkin izdihamlı qarşılama mərasimindən sonra Sənəndəcin Azadlıq Meydanında bir-neçə saat əvvəldən toplaşmış və böyük intizarla Həzrət Ayətullah Xameneinin yolunu gözləyən on minlərlə mömin və inqilabçı Kürdüstan camaatı onu ürəkdən salamladı.

700 /