Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Gənclərin möhkəm iradəsi düşmənlə mübarizədə həlledici amildir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei  İslami Tələbə Təşkilatları Şurasının (Həmrəylik və Birliyinin Möh­kəm­lən­di­ril­məsi İdarəsinin) müraciətinə cavab olaraq bu şuranın 26-cı illik iclasına ünvanladığı müraciətdə   “gənclərin möhkəm iradəsi, ruh yüksəkliyi və enerjisi”ni azadlığın, müstəqilliyin, millətin şərəf və heysiyyətinə toxunan, azadlıq və müstəqilliyin əleyhinə çıxan düşmənlərlə qarşıdurmada əsas həlledici amil hesab etdiyini bildirmişdir. 


Müraciətin mətni:

“Allahın adı ilə

Əziz tələbə gənclərimiz,

Xalqların yüksək ideallara doğru can atma yarışındakı, eləcə də azadlıq, müstəqillik, milli şərəf və heysiyyətin qorunması yolundakı təbii maneələrdən və bu yolda bədxahların əli ilə qurulmuş bütün əngəllərdən qurtulmaq üçün “gənclərin möhkəm iradəsi, ruh yüksəkliyi və enerjisi” həlledici amildir. Bu təhlükəli meydanlarda cəsur və mətanətli olun! Allah-Taalanın köməyinə ümid bəsləyən, Qurani-Kərimin və şəriətin bələdçiliyinə, İlahi göstərişlərə itaət edən ruh və bədən bu haqq yolda sizin müvəffəqiyyətlərinizə səbəb olan ən mühüm amillərdir. Uca Yaradanın sizə yardımçı olması üçün dualar edirəm. Tanrı sizi qorusun!”

Seyid Əli Xamenei   

700 /