Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Bu gün İslam ümmətinin təqvaya və güclü İlahi bağlılığa həmişəkindən daha çox ehtiyacı vardır

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikasının bütün məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşündə İslam dünyasının üfüqünü keçmiş ilə müqayisədə çox aydın və ümüdverici, İslam ümmətinin inkişafını isə inkaredilməz bir reallıq sayaraq bildirdi: “Bu inkişaf və aydın gələcək Allahın köməkliyi ilə günbəgün daha da artacaq, İslam dünyası İslam izzəti və İslam əzəmətini mütləq görəcəkdir”.

İslam İnqilabının Rəhbəri  İlahi təqvanı mübarək Ramazan ayının bərəkətlərindən biri kimi dəyərləndirərək dedi: “Bu gün İslam ümmətinin təqvaya və güclü İlahi bağlılığa həmişəkindən daha çox ehtiyacı vardır”.

Həzrət Ayətullah Xamenei müsəlmanların keçmişdəki çətinlik, qəflət və ümidsizliyini xatırlayaraq dedi: “O zamanlar yeni istismarçıların və hökmranların müsəlmanlara qarşı güclü təzyiqlər göstərmələrinə baxmayaraq, hal-hazırda İslam ümmətinin ayıqlığının bərəkətinə müsəlmanlar üçün yeni üfüqlər digər vaxtlardan daha çox parlayır və hətta İslam düşmənləri, eləcə də dünyapərəstlər öz zəifliklərini və məğlubiyyətlərini etiraf edirlər”.

O, bu reallığın inkarının, əslində, aksioma və İlahi vədələrin inkarı olduğunu təkidlə vurğulayaraq buyurdu: “Bu məsələlər ifrat dərəcədə ümidli olmaq kimi başa düşülməməlidir. Çünki bu bir reallıqdır ki, müsəlmanların siyasi, fikri, elmi, ictimai və mənəvi cəhətlərdən inkişafı üçün böyük bir cihada ehtiyacı vardır və müsəlman millətləri də tədricən bu cihadın müxtəlif cəhətləri ilə tanış olmuş, gələcəkdə isə daha çox tanış olacaqlar”.  

İslam İnqilabının Rəhbəri İslam ümmətinin inkişafını, eləcə də hegemon qüvvələrin zəifliyini və gücsüzlüyünü bildirərkən Yaxın Şərqin bugünkü həssas vəziyyətinə xüsusi işarə edərək dedi: “Sovet İttifaqı dağıldıqdan sonra ABŞ rejimi heç bir mübahisəsiz özünü güclü bir qüvvə və «dünyanın ağası» təsəvvür edirdi, hal-hazırda isə o, Fələstin, Livan, İraq və Əfqanıstanda çıxılmaz vəziyyətə düşmüş, hətta onların öz cızdıqları planlarını belə həyata keçirməkdə necə ümidsiz və kədərli olduqları açıq-aşkar bilinməkdədir”.

Həzrət Ayətullah Xamenei Amerikanın Pakistana sonuncu dəfə “əl uzatma”sına da işarə edərək dedi: “Amerikalılar bu məsələdə də uğursuzluğa düçar olacaqlar. Çünki müsəlmanlar ayıqdır, onlarda müqavimət ruhu güclüdür və öz İslami hüquqları ilə tanışdırlar”.

O, müsəlmanların inkişaf və izzət yolunun davamlılığını yalnız Allahı diqqətdə saxlamaq  və Ondan kömək diləməkdə görərək buyurdu: “İranın müsəlman xalqı 30 il ərzində Allaha təvəkkül etməklə, güclü əzmi və çalışqanlığı ilə böyük qüdrətlər qarşısında dayanmış və günbəgün inkişaf etməkdədir”.     

İslam İnqilabının Rəhbəri belə əlavə etdi: “Allah tərəfindən olan hidayətin və İlahi fəzilətlərin qədrini bilmək, birlik, iradə, əzmliliyi daha da gücləndirmək və gələcəyə daha çox ümidli olmaq lazımdır”.

Görüşün əvvəlində İİR-nın prezidenti cənab Mahmud Əhmədi Nejad öz nitqində Fitr bayramını, mübarək Ramazan ayını müsəlmanlar, xüsusilə İran xalqı üçün böyük bir fürsət kimi qiymətləndirərək bildirdi ki, onlar yalnız oruc tutmaqla və bu ayın əməllərini icra etməklə özləri üçün təqva toplamışlar.

Prezident xalqların ayıqlığına və parlaq gələcəyə artan ümidlərinə, həmçinin şeytani qüvvələrin saysız-hesabsız problemlərinə işarə edərək bildirdi: “Şübhəsiz, gələcək zəiflərə, salehlərə və məzlumlara aiddir və İlahi vədə haqq olan Hüccətin (ə.f) zühuru və dünyada ədalətin, əmin-amanlığın bərpa edilməsi ilə mütləq gerçəkləşəcəkdir”.

700 /