İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı və icbari müharibənin dəyərli şəhidlərinin xatirəsini əziz tutmaq, eyni zamanda müqəddəs müdafiə həftəsinin şəhid və fədailərinin anım günü münasibətilə müraciət qəbul etmişdir.
Müraciətin məzmunu:
Mehriban və Bağışlayan Allahın adı ilə!
Şəhidlərin mübarək adları və müqəddəs müdafiə həftəsinin bir gününü məhz onların xatirələrinin anılması ilə əlaqələndirərək adlandırmaq böyük məna kəsb edir. Bu simvolik işin əsil məğzi bundan ibarətdir ki, heç bir millət fədakarlıq göstərmədən öz milli mahiyyətini, şərəf və ləyaqətini, mənəvi dəyərlərini, inancları və haqlarını müdafiə etməyə qadir deyil. Dünyanın zorakı və hegemon dövlətlərinin müstəqil xalqlara təcavüz etməsinə laqeydlik yalnız insanın təhqir olunmasına və belə olan təqdirdə zülm və təcavüz zəminində çətin duruma düşməsinə gətirib çıxaracaq. Rəşadətli və gözüaçıq xalqımız bu dərsi hamıya öyrətdi və əbədi olaraq tarixə düşdü. Bu gün təpədən dırnağadək silahlanan qəddar və amansız sionistləri gücsüz və qorxaq duruma gətirən məzlum fələstinlilərin əliboş vəziyyətdə apardıqları coşqun mübarizələri, əslində, bu əbədilik dərsinin davamıdır. İraqdakı işğalçı qüvvələrin çıxılmaz vəziyyətə düşməsi də həmin strateji təcrübənin real nəticəsidir.
Şəhidlər müqəddəs müdafiənin taleyində parlaq və dəyərli simalardır. Bu səbəbdən də bütün agah qəlblər və pak vicdanlar şəhidlərə hörmət və minnətdarlığı özlərinə vacib hesab edir, İslam bayrağının ucalmasını arzu edən və Quranın müjdələrinə iman bəsləyən hər bir şəxs onlara daim salam göndərir.
Ey Rəbbim, ən üstün salam və rəhmətini şəhidlərə lütf et və onları ən dəyərli qullarınla birgə məşhur et!
Seyid Əli Xamenei
1 dekabr, 2008-ci il