Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Bu cinayətin əsl səbəbkarı Amerikadır

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda törədilmiş, imam Hüseyn (ə) zəvvarlarının məzlumcasına qətlinə səbəb olan faciəli terror hadisəsi ilə əlaqədar başsağlığı vermişdir. 

 

Başsağlığı müraciətinin mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

İraqda terroristlərin törətdiyi faciəli olay, imam Hüseyn (ə) zəvvarlarının – imam Hüseyn (ə) hərəmini sevə-sevə ziyarətə gəlmiş insanların məzlumcasına şəhid olması qəlbləri Peyğəmbər (s) nəslinin məhəbbəti ilə çırpınan, öz səadət və xoşbəxtliyini yalnız Peyğəmbər (s) nəslinin yolunu davam etdirməkdə görən insanların ürəklərinə dağ çəkib onları dərin bir kədərə qərq etdi. Gərək belə bir ağır cinayətə əl atmış, bu məzlum insanların qanına əlini bulamış mənfurlar bilsinlər ki, bu əməlləri ilə insanlardan və cinlərdən olan şeytanların məmnunluğunu Tanrı övliyalarının razılığından üstün tutmaqla və özlərini əziz və qəhhar olan Allahın qəzəb və qəhr atəşinə atmışlar. Həqiqətən, cəhənnəm kafirlər üçün nəzərdə tutulmuş bir məkandır. Habelə nadan və azğın  terrorizmin İraqda əsasını qoymuş olan murdar əllər və qəddar beyinlər də əmin olsunlar ki, qazdıqları quyuya özləri düşəcək, bəzi başqa İslam ölkələrində olduğu kimi burada da qurduqları bəd niyyətli planların oxu hamıdan əvvəl öz boğaz­la­rı­na sancılacaq.

Bu cinayətin və buna bənzər olayların əsil səbəbkarı Amerikanın təhlükəsizlik strukturları və hərbi qüvvələridir. Onlar  terrorizmə qarşı mübarizə aparmaq bəhanəsi ilə müsəlman ölkəsini zorla işğal etmiş, on minlərlə insanın qanını axıtmış, həmin ölkədə sabitliyin günü-gündən daha çox pozulmasına səbəb olmuşlar. İraqda terrorist bandalarının yabanı və zəhərli alaq otu kimi göyərib artması, şübhəsiz ki, ABŞ-ın törətdiyi cinayətlərin siyahısına əlavə olunacaq. Həm ABŞ, həm də İsrailin KİV və xəbər agentlikləri bu cinayətin birinci dərəcəli müqəssirləridirlər.

Biz ümid edirik ki, İraq hökuməti törədilən bu cinayətlərə qarşı ciddi surətdə mübarizə aparacaq, Kərbəla, Nəcəf və Bağdaddakı müqəddəs ziyarətgahların zəvvarlarının təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi istiqamətində lazımi tədbirlər görəcəkdir.    

Bu olayda qətlə yetirilənlər imam Hüseyn (ə) məqbərəsinin ziyarəti uğrunda şəhid olmuş insanlardır. Onların mükafatını, İnşaallah,  əziz və rəhmli olan Allahın Özü verəcəkdir. Lakin bu şəhidlərin yaxınlarının və sevənlərinin qəlbləri bu gün qəm-qüssə və kədərlə dolub-daşır. Mən öz tərəfimdən bu terror hadisəsi nəticəsində ürəyinə dağ çəkilmiş hər bir şəxsə, xüsusilə də vəfat edənlərin ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm və Allah-Taaladan hadisə zamanı yaralanmış insanlar  üçün tez bir zamanda şəfa diləyirəm.

Seyid Əli Xamenei

25 aprel, 2009-cu il
700 /