İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli xətib, mərhum Əbuş-şəhid (şəhid atası) Hüccətul-İslam Hacı Şeyx Muhəmmədhüseyn Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Başsağlığı müraciətinin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Əziz xətib, mərhum Əbuş-şəhid Hüccətul-İslam Hacı Şeyx Muhəmmədhüseyn Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar Kerman şəhərinin mömin və səmimi əhalisinə, mərhumun yaxınlarına və onunla mənəvi bağlılığı olan insanlara, xüsusilə də əziz və möhtərəm qardaşlarına və övladlarına dərin hüznlə başsağlığı verirəm. Bu saf mənəviyyatlı və xalis niyyətli ruhani insan bütün ömrünü İslam dininin təbliğ olunmasına və yayılmasına sərf etmiş, İslam İnqilabının müxtəlif sferalarında fəaliyyət göstərmiş, əziz və ləyaqətli övladını İslam İnqilabı uğrunda qurban vermişdir.
Uca Allahdan diləyirəm ki, bu mərhumun ruhuna Öz geniş rəhmətini və bağışlanmasını şamil etsin və onu Öz dərgahında ali məqamlara layiq görsün!
Seyid Əli Xamenei
11 aprel, 2009-cu il